Ermənistanda kadr böhranı və mütəxəssis çatışmazlığı var.
Editor.az bildirir ki, bu barədə baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib.
O hesab edir ki, böhranın səbəbi dağılmış təhsil infrastrukturundadır. Baş nazirin sözlərinə görə, Ermənistanda əhalinin məskunlaşdığı ərazilərin 70 faizində məktəb və uşaq bağçası yoxdur. “Ölkənin əhəmiyyətli bir hissəsi əsas təhsil sistemindən məhrum olduğu halda kadr çatışmazlığından danışmaq mümkün deyil” – Nikol Paşinyan deyib.
Baş nazir həmçinin qeyd edib ki, bir çox gənc mütəxəssislər ya özəl sektorda işləməyə, ya da xaricə getməyə üstünlük verirlər və orada onlara doğma Ermənistanla müqayisədə xeyli çox maaş alırlar. Bu gün ölkə hökuməti onlara 400 min dramdan (təxminən 1 min dollar) yuxarı maaş verə bilmir.
//Samir Qurbanov, Editor.az