Ermənistanın ABŞ-la yaxınlaşmasına İran necə cavab verəcək?- Politoloq ŞƏRH ETDİbackend

Ermənistanın ABŞ-la yaxınlaşmasına İran necə cavab verəcək?- Politoloq ŞƏRH ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran yalnız Ermənistanın son təxribatlarından sonra deyil, Azərbaycan torpaqlarının işğal altında olduğu və azad edildiyi zamanlarda  da Ermənistanı dəstəkləyib, silah yardımı edib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Onun sözlərinə görə, İranın bu məsələdə  əsas məqsədi Ermənistan və Azərbaycan arasında münaqişənin uzanmasına nail olmaqdır:

“İranın siyasətinin Amerika nümayəndələr palatasının sədri Nensi Pelosinin  Ermənistana səfəri ilə dəyişəcəyini gözləmək sadəlövhlükdür. İranın siyasətinin dəyişməsi mövcud rejimin çökməsi, hakimiyyətdən getməsi ilə reallaşa bilər. Bugünkü düşüncə tərzi nə qədər ki, İranda mövcuddur o zamana qədər  ölkənin mövqeyində hansısa dəyişiklik olmayacaq. Müəyyən düzəlişlər edilə, hansısa ittihamlar səsləndirilib bəyanatlar verilə bilər, amma Ermənistanla bağlı siyasət İranın  mövcud rejiminin ana xəttini təşkil edir. Bölgənin əsas titul xalqına qarşı düşmənçilik mövqeyində dayanan bir ölkənin mövcudluğunda maraqlıdır. İran Ermənistanı özünə bu şəraitdə müttəfiq kimi görür”.

 
//Safura Bənnayeva, Editor.az