“Ermənistanın “ağlaşmalarına” görə Avropa Birliyi Azərbaycandan üz çevirməyəcək”-AÇIQLAMA  backend

“Ermənistanın “ağlaşmalarına” görə Avropa Birliyi Azərbaycandan üz çevirməyəcək”-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Avropa İnsan Haqları Məhkəməsinin əsas vəzifəsiq Avropa Şurasına üzv ölkələrdə ədalətin təmininə töhfə verməkdir. Amma 2020-ci ildə Azərbaycan torpaqları işğaldan azad olunana qədər 1 milyona yaxın azərbaycanlı qaçqın, məcburi köçkünlərin hüquqları ilə bağlı ciddi addım atmamış, beləliklə də insan hüquqlarının təminində ədalətli yanaşma nümayiş etdirməmişdir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, Avropa İnsan Haqları Məhkəməsini ədalətli institut kimi qələmə vermək olmaz:

“Azərbaycanlıların Laçın yolunda etiraz aksiyaları keçirməsi haqlı tendensiyadır. Bunun əsas hədəfi Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə onların və separatçıların qanunsuz fəaliyyətinə son qoymaqdır. Bu  üçtərəfli bəyanatın bəndlərində də öz əksini tapıb ki, onlar ərazidən çıxarılmalıdır. Sülhməramlıların ən ümdə prinsipi tərəflər arasında neytrallığı qorumaqdır. Amma görünən odur ki, bu şərt yerinə yetirilmir. Laçın dəhlizində aksiyaçılar Qarabağda yaşayan ermənilərə göndərilən humanitar yardım maşınlarına heç bir mane törətməyiblər. Bununla da ermənilərin iddialarının əsassız olduğu görünür. Avropa Birliyi Azərbaycana böyük dəstək göstərir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinim imzalanmasında maraqları var. Bu da ondan irəli gəlir ki, Avropa Birliyi Rusiya-Ukrayna müharibəsi fonunda alternativ enerji mənbələri axtarışındadır. Azərbaycan da bu baxımdan Avropa Birliyi üçün strateji  əhəmiyyət daşıyan ölkə rolunda çıxış edir. Buna görə də sırf Ermənistanın narazılığına, “ağlayışlarına” görə Azərbaycandan üz çevirməyəcək. Erməni icması Fransa, Belçika kimi dövlətlərdə daha fəal olduğu üçün vaxtaşırı Azərbaycan əleyhinə qərəzli qərarlar verirlər. Amma bunlar heç biri rəsmi səviyyədə qəbul edilmir”.
 
//Safura Bənnayeva, Editor.az