Ermənistanın Avropadan silah “dilənməsi” nin səbəbi nədi?- ŞƏRH  backend

Ermənistanın Avropadan silah “dilənməsi” nin səbəbi nədi?- ŞƏRH  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni təxribatları elə sülh müqaviləsini uzatmağa hesablanıb. Bu görüşlərin təbii ki, əhəmiyyəti çox böyükdür. Amma istənilən halda erməniləri qınına çəkilməyə vadar edəcək əsas amil 12-13 sentyabr tipli düşmən təxribatına verdiyimiz cavabdır. Onların başına bir daha dəmir yumruğu elə endirməliyik ki, belə xam xəyallara düşməsinlər. Əks halda bundan sonra da onların yeni təxribatlarının şahidi olacağıq”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya sözcüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib.

Onun sözlərinə görə, Paşinyan  iqtidarını sülh masasına oturtmaq üçün “sülhə məcburetmə” əməliyyatı həyata keçirməlidir:

“Təbii ki, yenə də silah yardımı üçün təcavüzkar ölkənin müraciətləri davam edir. Zatən ermənilərin silahlandırılması prosesi hər zaman olub. Çünki bu bədbəxt ölkənin insanlarını dolandırmaq üçün büdcələri yetib ki, bir də pulla silahlar alsınlar. İndi daha çox silah yardımı üçün Avropa ölkələrinə üz tuturlar. Buna səbəb də son illərdə forpostları olduqları Rusiyanın  Ermənistanı qapı arxasına qoymasıdır. Hesab edirəm ki, düşmənə silah dəstəyi bəzi Qərb ölkələrindən gəlməkdə davam edir. Açıq formada biz Amerika, Fransa kimi ölkələrdən ermənilərə siyasi dəstəyin tez-tez şahidi oluruqsa, niyə də bağlı qapılar arxasında silah yardımı məsələsində razılığa gəlinməsin?”.

Partiya sözçüsü Ermənistanın niyyətlərindən də söz açdı:

“Ermənilər hər zaman təxribatlarına hazırlıq görürlər və “silah dilənçisi” olmalarının da kökündə bu dayanır. Bundan çıxış etsək, irimiqyaslı müharibə gözlənilməsə də kiçik təxribatları bundan sonra yekun sülh müqaviləsi olmadan, tez-tez yaşaya bilərik. Növbəti dəfə qəhrəman şəhidlər verməmək üçün yeganə və yalnız yeganə yol düşməni sülh masasına gəlməyə məcbur etmək, Xankəndi və ümumiyyətlə, Qarabağda qalan bütün problemlərimizi birdəfəlik həll etmək və qondarma rejimi tarixin arxivinə ömürlük gömməkdir. Nə qədər ki, Xankəndində əski parçası dalğalanacaq, bu problemlər bitməmiş sayılacaq.
Ermənilərin özlərinə qalsalar indi çoxdan sülh müqaviləsinə imza atmışdılar, 10 noyabr bəyanatında üzərlərinə götürdükləri öhdəliklərə əməl etmişdilər. Sadəcə onları qızışdıran bəlli güclər var. Bu baxımdan terrorçuların “cəsarətləndiklərini” ümumiyyətlə, dilə gətirmək olmaz”.

//Safura Bənnayeva, Editor.az