“Ermənistanın Azərbaycan qarşısında şərt qoymağa haqqı yoxdur”-Deputatdan AÇIQLAMAbackend

“Ermənistanın Azərbaycan qarşısında şərt qoymağa haqqı yoxdur”-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Cənab Prezident İlham Əliyevin dediyi kimi Azərbaycan sülh gündəliyinə sadiqdir və qalib tərəf olmasına baxmayaraq müharibə başa çatdığı gündən sülh prosesinin əsas təşəbbüskarı kimi çıxış edir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz  Məhərrəmov bildirib.

Onun sözlərinə görə, sülhə sadiqlik yalnız dözümlü davranışla ehtiva olunmur:

” Eyni zamanda, sülhə mane olan meyarları hərbi-siyasi yolla aradan qaldırmaq özü də sülhə sadiqliyin formasıdır. Bildiyiniz kimi, Azərbaycan Cənubi Qafqazın ən irimiqyaslı münaqişəsi, işğal və təcavüzünə məhz hərbi-siyasi yolla son qoymuşdur. Bu gün də Bakı region xalqlarının təhlükəsizliyi və rifahı naminə həmin hüquqi çərçivədə antiterror əməliyyatları versiyasını gündəlikdə saxlayır. Xüsusən bir neçə gündür, Ermənistan və Azərbaycanın Qarabağ iqtisadi rayonundakı  qanunsuz erməni silahlı birləşmələrinin aktivliyi fonunda bu variant daha da aktuallaşmaqdadır.

Deputatın fikrincə, 10 noyabr üçtərəfli bəyanatın qarantoru qismində çıxış edən Rusiya Federasiyasının sülhməramlıları bəyanat şərtlərinin pozuntusuna nəinki göz yumur, üstəlik alternativ yollarla separatçılara hərbi yüklərin daşınmasına yardım edir, bu yükləri müşayət edirlər:

“Eyni zamanda, Avropa İttifaqının Ermənistan ərazisinə yerləşdirilmiş silahlı müşahidə missiyası regionda fəaliyyətə başladığı gündən İrəvanın çirkin məqsədləri naminə çətir rolu oynayaraq bölgədə stabillik, habelə sülh gündəliyi üçün təhdid yaratmaqdadır. Əlbəttə, Azərbaycan buna səssiz qala bilməz və qalamayacaq da. Ermənistan və erməni xalqı başa düşməlidir ki, Prezident İlham Əliyevin Şuşadan bəyan etdiyi kimi heç kim onların yerinə döyüşməyəcək. 44 günlük savaşda da dünya gördü ki, hətta pulsuz silah-sursatla, hərbi texnika və vasitələrlə, o cümlədən muzdlularla təmin olunmasına baxmayaraq Ermənistan darmadağın edildi. Yəni bu gün nə separatçıların, nə də Ermənistanın Azərbaycan qarşısında şərt qoymağa, yaxud revanşist niyyətə düşməyə gücü, imkanı hüququ və mənəvi haqqı yoxdur. Ona görə də ermənilər son şans ili olan 2023-cü ildə maksimum praqmatik davranmalı, antiterror əməliyyatları, yaxud digər məcburetmə tədbirlərinə rəvac verməməlidirlər”.
 
//Gülnarə Abasova, Editor.az