“Ermənistanın Azərbaycana qarşı aparılan informasiya müharibəsi son zamanlar daha da aktivləşib”backend

“Ermənistanın Azərbaycana qarşı aparılan informasiya müharibəsi son zamanlar daha da aktivləşib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan təkcə hərbi müstəvidə deyil, eyni zamanda informasiya müstəvisində də ölkəmizə qarşı təxribatlar törətməkdədir”.

Bu fikirləri “MediaPost”a açıqlamasında millət vəkili Elşad Mirbəşir deyib. O bildirib ki, işğalçı Ermənistan ilə ötən əsrin 80-ci illərinin sonlarından Azərbaycana qarşı açıq şəkildə ərazi iddialarını ortaya qoyduqları vaxtda qeyri-dəqiq, heç bir əsasa malik olmayan informasiyaları da beynəlxalq müstəvidə ictimailəşdirməyə başlamışdılar: “Bu baxımdan düşünürəm ki, Ermənistanın, ümumiyyətlə, dünyanın müxtəlif nöqtələrində yaşayan ermənilərin informasiya məkanında Azərbaycana qarşı təxribatlarına heyrətlənmək lazım deyil. Sadəcə biz də onlara adekvat cavab verməliyik. Bu günün mənzərəsi ondan ibarətdir ki, Azərbaycan da beynəlxalq informasiya məkanında həqiqətləri əsaslandıra bilir, mövqeyini müdafiə edə bilir. Yəni artıq əvvəlki vaxtlar deyil”.

Deputat əlavə edib ki, Azərbaycan Ordusu Ermənistan ordusundan müqayisə olunmayacaq qədər güclüdür:

“Bunu təkcə biz demirik. Bilirsiniz ki, beynəlxalq reytinq cədvəlinə görə də, Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasındadır. Ermənistanın son dövrlərdə törətmiş olduğu hərbi təxribatlara verilən cavab da onu göstərir ki, Azərbaycanın müdafiə sistemi güclüdür. Belə olan halda, Ermənistan təbii ki, informasiya silahına əl atmalı olur. Azərbaycan ordusu, xalqımız, dəyərlərimiz haqda reallığı əks etdirməyən fikirlər səsləndirirlər. Ermənistanın informasiya müharibəsi cəbhəsində aktiv olmasına baxmayaraq, bu, əvvəlki illərdəki qədər effektiv olmur. Çünki biz bunların qarşısını almaq iqtidarındayıq. Azərbaycan artıq kifayət qədər səmərəli informasiya təhlükəsizliyi siyasətini həyata keçirə bilir. Artıq erməni yalanları dünya ictimaiyyəti tərəfindən həzm oluna bilmir. Nümunə olaraq, iyul ayında Tovuz istiqamətində növbəti erməni təxribatlarının qarşısı ordumuz tərəfində inamla alındıqdan sonra ermənilər adəti üzrə dezinformasiya tirajlamağa başladılar. Amma Azərbaycan tərəfi bunun qarşısını inamla aldı. Dünya ictimaiyyətinə çatdırıldı ki, təxribatlar məhz işğalçi ermənilər tərəfindən törədilib. Biz ciddi arqumentlərlə bu addımları əsaslandıra bildik. Və bu dəfə Ermənistanın dezinformasiya maşını işləyə bilmədi. Müharibə təkcə, düşmənlə üz-üzə olaraq cəbhədə deyil. Eyni zamanda informasiya səngərində də getməkdədir. Biz təkcə qoşunların təmas xəttində deyil, eyni zamanda beynəlxalq informasiya məkanında potensialımızı gücləndirərək ermənilərin dünya ictimaiyyətini yanlış informasiya ilə çaşdırma cəhdlərinin qarşısını almaqdayıq. Hesab edirəm ki, hər iki cəbhədə Azərbaycanın formalaşdırmış olduğu yüksək potensial bütövlükdə maraqlarımızı müdafiə etməyə imkan verir”.