“Ermənistanın Azərbaycanla güc dili ilə danışacaq resursları yoxdur”- AÇIQLAMAbackend

“Ermənistanın Azərbaycanla güc dili ilə danışacaq resursları yoxdur”- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xankəndidə keçirilən mitinq Qarabağ ermənilərinin, xüsusən də separatçı rejimin rəhbərliyində təmsil olunanların son çırpıntılarıdır”.

Bunu Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib.

Onun sözlərinə görə, baş tutan mitinqlərin arxasında daxili auditoriyaya hesablanmış addımlar dayanır:

“Hələ də ictimaiyyətə Həkəri körpüsü üzərində nəzarət-buraxılış məntəqəsinin ləğv edilməsi ilə bağlı hər hansı qərarın qəbul edilməsinin mümkünlüyü mesajını verirlər. Ermənilərin 30 illik işğal dövründə də böyük xəyalları var idi. İstər Ermənistandakı ictimai xadimlər, istərsə də xaricdə yaşayan ermənilərin diasporadakı nümayəndələri Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna dair açıqlamalar verib. Erməni siyasətçisi Jirayr Liparityan yaxın vaxtlarda verdiyi açıqlamasında qeyd etdi ki, biz artıq Gürcüstandakı erməni azlığı olan ərazilərə necə yanaşırıqsa, Qarabağa da elə yanaşmalıyıq. Ən doğru seçim də budur”.

Hərbi ekspert Qarabağda yaşayacaq erməni icmasının qəbul edəcəyi şərtlərə diqqət çəkib:

“Bu vətəndaşların da iki seçimi olacaq. Birincisi, vətəndaşlığımızı qəbul edib Azərbaycan ərazisində yaşamaq, ikincisi isə erməni vətəndaşlığını qəbul edib Ermənistanda yaşamaqdır. Revanşist bəyanatların arxasında duracaq real güclərin olmadığını bildiyim üçün orada olan təxminən 10 minə yaxın əlisilahlı birləşmənin mövcudluğunu ayaqüstə saxlamaq istəsələr də əvvəl-axır onların da iki seçimi olacağını deyə bilərəm. Ya onlar mülkiləşib bölgədən çıxaraq Ermənistana gedəcəklər, ya da ki Azərbaycan antiterror əməliyyatları çərçivəsində bunu həll edəcək. Bu yoldan istifadə etməmək üçün inteqrasiya, yumuşaq güc təklif edirik. Əgər A variantı ilə razılaşmasalar B variantını, yəni sərt gücü tətbiq etməli olacağıq. Bu Azərbaycanın legitim hüququdur ki, öz ərazilərindəki terrorçu qruplaşmaları sıfırlasın. Artıq Ermənistanın coğrafiyada Azərbaycanla güc dili ilə danışacaq resursları yoxdur. Siyasi dialoqlar isə mümkündür”.

//Safura Bənnayeva, Editor.az