“Ermənistanın “başından böyük danışan” baş naziri hər zamankı kimi avantürist siyasətçi imicini qoruyub saxlayır”- Millət vəkilibackend

“Ermənistanın “başından böyük danışan” baş naziri hər zamankı kimi avantürist siyasətçi imicini qoruyub saxlayır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dağlıq Qarabağ məsələsi Ermənistan-Azərbaycan arasında sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə milli komissiyaların fəaliyyətinə aid deyil. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib. Paşinyan qeyd edib ki, İrəvan və Bakının müxtəlif rabitə formatları var və bu formatlardan biri delimitasiya məsələsinə aiddir. Baş nazir əlavə edib ki, regionda sülhün bərqərar olması üçün ən vacib məsələ Dağlıq Qarabağ məsələsidir.

Milli Məclisin deputatı Vüqar İskəndərov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan hər zamankı kimi avantürist siyasətçi imicini qoruyub saxlayır:

“Paşinyan hələ də reallığa söykənən normal siyasi məsələləri tamamilə özükünləşdirə bilməyib. Çox vaxt çıxışlarındakı fikirlər daxili auditoriyanı sakitləşdirməyə hesablanır və özü bilmədən də həqiqətləri deyir.  Paşinyan yaxşı bilir ki, artıq “Dağlıq Qarabağ” adlı ərazi və  ifadə  yoxdur.  Erməni nazir demək olar, hər çıxışında “başından böyük danışır”. Sərhədlərin delimitasiya və demakrasiya məsələsinin isə Qarabağla heç bir əlaqəsi yoxdur. Qarabağ Azərbaycanın suveren ərazisidir. Sərhədlərin delimitasiya olunması Azərbaycan və Ermənistanın dövlət sərhədi ilə bağlı olan məsələdir. Paşinyan bilmədən bu məsələdə həqiqətlərə toxundu. Lakin o, qeyri-sabit siyasətçi olduğunu hər çıxışında olduğu kimi bu dəfə də sübut etdi”.

V.İskəndərov vurğulayıb ki, Azərbaycan və Ermənistan arasındakı siyasi proseslərin gedişatı rəsmi Bakının diktə etdiyi məsələlərə əsaslanır:

” Azərbaycan son olaraq 5 baza prinsipini təqdim edib və həmin prinsiplərə görə ləng də olsa proses gedir. Qatar artıq tərpənib və Ermənistan yeni yaranmış siyasi mənzərəyə adekvat siyasət sərgiləməsə yavaş-yavaş sürət götürən bu qatara yalnız kənardan baxa bilər. Bu gün prosesler onu göstərir ki, Ermənistan hələ ki ikili oyunlar oynamaq həvəsindədir. Yəni,  Rusiya və Avropa ilə eyni anda fərqli siyasət yürüdür. Ancaq Paşinyanın bu ikibaşlı siyasəti heç bir effekt vermir və bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət, diplomatik məharət  onu mat vəziyyətinə salıb. Artıq erməni baş nazir də anlayır ki, onun geriyə yolu yoxdur. Ara-sıra onun müavinlərinin, TŞ katibinin, Parlamentdə onun partiyasından olan deputatların fikirlərindən görürük ki, onlar həqiqətləri yavaş-yavaş dərk edir. Onlar başa düşür ki, Ermənistanın normal dövlət kimi inkişafı Azərbaycanın təqdim etdiyi prinsiplərdən aslıdır. Ancaq hələ də daxildəki revanşist  qüvvələr, keçmiş cinayətkarlar bu gün siyasi don geyinərək müxalifət obrazında Paşinyana qarşı mübarizə aparırlar. Bu mübarizə fonunda Paşinyan da onlara və daxili auditoriyaya bir növ jestlər edir və utopik fikirlər söyləyir. Ancaq bunların heç birinin siyasi  ciddi əhəmiyyəti yoxdur. Ermənistan istəsə də istəməsə də bütün bu məsələlər Azərbaycanın diktəsi ilə yeni yaranmış reallıqlara uyğun olaraq öz həllini tapacaq”.

//Gülnarə Abasova, Editor.az