Ermənistanın “blokada” şousu ifşa olundu: Separatçılar Ağdam-Xankəndi yolundan istifadə edir?-AÇIQLAMAbackend

Ermənistanın “blokada” şousu ifşa olundu: Separatçılar Ağdam-Xankəndi yolundan istifadə edir?-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan 44 günlük Qələbəsindən sonra dərhal sülh təklifi ilə çıxış etdi. Bununla bağlı Ermənistana konkret və açıq təkliflərini də göndərdi. Bəlkə bu, dünya tarixində ilk idi ki, müharibədən qalib çıxan tərəf sülh təklifləri ilə çıxış edirdi. Bu təkliflər qarşı tərəfin əzilməsini yox, onun inkişafını, regionun inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasını özündə ehtiva edir. Amma Ermənistan və separatçılar bəzi ölkələrin maraqları ilə yeni təxribatlara əl atmağa başladılar”.

Bunu Editor.az-a Ana Vətən Partiyası sədrinin müavini Yalçın Hacızadə “Hraparak” qəzetinin məlumatına görə, “Arsax” “prezidenti” Arayik Arutyunyanın  srağagün “Təhlükəsizlik Şurasının” iclasında Ağdam yolu ilə ticarətin aparılması barədə qərar qəbul etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan sülh danışıqları imitasiyası yaradaraq sülhün əldə olunmamasına çalışır:

“Beləliklə də regionda olmağı, təsir etmək imkanı əldə etməyi arzu edən ölkələrin maraq və təsir dairəsinə düşdülər. Nəticədə regiondan çıxarılmış oyunçuların qayıtması və yeni oyunçuların gəlməsinə şərait yaratdılar. Bununla da regionda münaqişənin bitməsini istəməyən qüvvələrin dəstəyinə və təsirinə məruz qalaraq ziqzaqvari siyasət yeridirlər. Azərbaycan regionda siyasi, iqtisadi və hərbi üstünlüyə malik olaraq sülhəməcbur etmə tədbirlərini davam etdirir. Bunlardan ən əsası Laçın yolunda qurulan sərhəd keçid məntəqəsidir. Rəsmi Bakı bununla rus sülhməramlılarının da müvəqqəti yerləşdiyi bütün ərazini öz suverenliyi altına aldı. Ölkənin bütün ərazisinə giriş-çıxış rejimini  öz qanunları ilə tənzimləyir. Laçın yolunun dövlətimiz tərəfindən nəzarətə götürülməsi ilə erməni lobbisinin, Fransanın və separatçıların başlatdığı “blokada” şousu da beynəlxalq müstəvidə fiaskoya uğradı. Azərbaycana qarşı beynəlxalq təzyiq formalaşdırmağa nail ola bilmədilər. İndi isə separatçı qüvvələrdən yeni xəbərlər yayılmağa başlayıb ki, Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadəyə razıdırlar. Bu informasiyanın rəsmi olması barədə Azərbaycan tərəfinin açıqlaması hələ yoxdur. Amma Azərbaycan dövlətinin siyasi iradəsi, sülhün alternativi olan hərb yolu ilə bölgədə istənilən məsələni özünün istədiyi kimi dəyişə bilməsi gücü separatçılara başqa yol buraxmır. Eyni zamanda, separatçıların Ağdam-Xankəndi yolundan imtina edərək, ora daş bloklar qoyaraq ərazini blokada da saxlaması çox çəkə bilməz. Artıq yerli erməni əsilli sakinlər də bununla bağlı narazılıq edirlər. Həmçinin,gün ərzində yüzlərlə şəxs Laçın sərhəd keçid məntəqəsindən istifadə edərək rahatlıqla ərazini tərk edə bilirlər. Bütün bunlar da Ermənistanın və separatçıların “blokada” şousunu ifşa edir”.

Y.Hacızadə İrəvanın Laçın yolunun açılmasında çox israrlı davranmasının səbəbinə də aydınlıq gətirib:

“Laçın yolu Ermənistanla Qarabağı birləşdirən, bağlayan əsas yollardan biridi. Yəni, ermənilər üçün “miatsum” qədər önəmlidir. Ermənilər 1992-ci ildə Laçın yolunu işğal etdikdən sonra işğalın həcmin sürətlə genişləndirə bildilər. Torpaqlarımız işğalda olan dövrdə aparılan danışıqlarda Ermənistan Laçın yolundan vaz keçməyəcəyini bildirirdi. Yəni, ermənilər üçün bu yol simvoldur, separatizmin davam etməsi üçün imkandır. Azərbaycan bu yola nəzarəti tam təmin etməklə və Ağdam-Xankəndi yolunu təklif etməklə ərazidə yaşayan ermənilərin reinteqrasiya prosesinin sürətlənməsini istəyir. Hər bir ölkənin öz ərazisinə giriş-çıxış qaydalarını müəyyən etməsi onun müstəsna hüququdur. O cümlədən, Azərbaycan da ərazisində yaşamaq istəyən erməni əsilli şəxslərlə bağlı giriş-çıxış qaydalarını heç bir təzyiqə və təxribata baxmayaraq qanunları çərçivəsində təmin etməyə davam edəcək “.

//Safura Bənnayeva, Editor.az