“Ermənistanın BMT-yə müraciəti növbəti provakasiyadır”-AÇIQLAMAbackend

“Ermənistanın BMT-yə müraciəti növbəti provakasiyadır”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın cəhdləri faydasızdır. Beynəlxalq aləmin ikili standartlarını həmişə görmüşük. BMT-nin icra olunmamış 4 qətnaməsi kağız üzərində qalanda buraya üzv dövlətlərin heç birinin səsi də çıxmırdı”.

Bu fikirləri Editor.az-a açıqlamasında Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

Onun sözlərinə görə, Laçın dəhlizi bağlanmayıb:

” Sülhməramlı kontingentin avtomobilləri  sərbəst şəkildə hərəkət edir, yüklər daşınır.Digər tərəfdən azərbaycanlılar aksiyalarla ekoloji terrora son qoyulmasını və birgə monitorinqin aparılmasını tələb edirlər. Bundan istifadə edərək Azərbaycana qarşı düşmənçilik siyasəti aparan dövlətlərin nümayəndələrinin BMT-də  narazılıq ifadə etməsini ciddi hesab etmirəm. Bu, Azərbaycana qarşı növbəti ikili standartlarla yanaşan dövlətlərin mövqeyidir. BMT-nin kağız parçası olaraq saxladığı qətnamələri Azərbaycanın şanlı ordusu təmin etdi. Bu tip hadisələr çox olacaq. Sentyabrın 13-də Paşinyan KTMT-yə üzv olan ölkələrə də müraciət etmişdi ki, ona yardım etsinlər. Amma bunun da nəticəsi olmadı. Bu gün də belə ixtişaşlara səbəb olan addımlar atılır. Ermənilər öz xislətlərini ortaya qoyur. BMT 26 fevral 1992-ci ildə azərbaycanlılara qarşı törədilmiş soyqırıma susqunluq nümayiş etdirir. Azərbaycan xalqının səbri tükənməz deyil. Ölkəmiz mütləq şəkildə dəmir yumruğunu işə salmalıdır. 10 noyabr bəyanatı çərçivəsində Xankəndi və ətraf ərazilərdə mövcud olan qanunsuz silahlı birləşmələrin tərki silah edilməsini təmin etməlidir. Bu prosesi Rusiya sülhməramlıları yerinə yetirə bilməsə Azərbaycan həll edə bilər”.

//Safura Bənnayeva,Editor.az