“Ermənistanın bu addımı Azərbaycanı təxribata çəkmək üçün yeni cəhddir”-ŞƏRHbackend

“Ermənistanın bu addımı Azərbaycanı təxribata çəkmək üçün yeni cəhddir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan beynəlxalq hüququn bütün normalarına məhəl qoymayan bir ölkədir. Rəsmi İrəvanın son dövrlərdə sistematik şəkildə Azərbaycan əleyhinə addımlar atdığını müşahidə edirik. Beynəlxalq arenada ölkəmiz əleyhinə sistemli və davamlı dezinformasiya kampaniyalarının aparıldığını bir vaxtda Ermənistanın Qafan şəhərində hava limanının fəaliyyətə başlayacağını elan etməsi növbəti təxribatın davamıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Politoloq bildirib ki, istər “Mülki Aviasiya haqqında” beynəlxalq qanun, istərsə də Ermənistanın özünün Konstitusiyası da tələb edir ki, sərhəd ərazisində unikal coğrafi şəraitdə yerləşən şəhərlərdə hava limanı açmadan öncə mütləq Azərbaycan da məlumatlandırılmalıdır:

” Nəzərə almaq lazımdır ki indiki gərgin şəraitdə Ermənistan Qafan hava limanını qəsdən istifadəyə verir. İstisna deyil ki, bundan sonra Ermənistan hava limanında ölkəmizə qarşı hərbi məqsədlər üçün istifadə edə bilər. Ermənistanın terror və təxribat törətmək potensialını nəzərə aldıqda Qafan hava limanının gələcəkdə Ermənistanın hərbi təcavüzü və niyyətlərinin mərkəzinə çevrilmə riski kifayət qədər yüksəkdir. Qafan hava limanı ilə bağlı Ermənistanın atdığı addım yalnız aviasiya ilə bağlı deyil və mütləq şəkildə Azərbaycanı təxribata çəkmək üçün yeni baza rolunu oynaya bilər”.

//Gülnarə Abasova, Editor.az