“Ermənistanın bu addımı da təəccüb doğurmur”- Beynəlxalq ictimaiyyət SUSMAMALIDIRbackend

“Ermənistanın bu addımı da təəccüb doğurmur”- Beynəlxalq ictimaiyyət SUSMAMALIDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiyədək 4 min itkin düşmüş Azərbaycan vətəndaşları haqqında məlumat verməyən, ərazilərimizi minalayan, əsgərlərimizə qarşı vəhşicəsinə davranan, torpaqlarımızda təxribatlar törədən Ermənistanın bu addımı da təəccüb doğurmur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov bugünlərdə ölkə ərazisində azan Azərbaycan hərbi qulluqçusunun Ermənistan tərəfindən saxlanılması və azərbaycanlı hərbçinin saxlanıldıqdan sonra qəddarcasına döyülməsi, insanlıqdan kənar işgəncələrə məruz qalması məsələsinə münasibət bildirərkən deyib.

Politoloq baş vermiş hadisəyə dünya birliyinin reaksiyasını da diqqətə çəkib:

“Beynəlxalq birlik vahid bir qurum deyil. Bizə tərəf olanlar az olmadığı kimi qarşı olanlar da az deyil. Məsələn, Fransadan müsbət bir addım gözləyə bilmərik. Ancaq beynəlxalq təşkilatlar, Qırmızı Xaç Komitəsi, ATƏT, Avropa Şurası, Avropa İttifaqına müraciət edə bilərik. Aİ dəfələrlə Azərbaycanda insan haqlarının pozulması halları barədə bəyanat yayıb. Bir sıra dünya ölkələri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında vasitəçi olmaq istəyir. Bu tip qanun pozuntusu hallarında bu sülhə necə nail ola bilərik? Hərbiçimizə qarşı edilən bu vəhşiliklə bağlı beynəlxalq təşkilatlara geniş şəkildə müraciət olunmalıdır. Onlardan konkret adekvat reaksiya alana qədər diplomatik gedişləri, müraciətləri dayandırmaq olmaz”.

//Gülnarə Abasova, Editor.az