“Ermənistanın bu məsələlərdə ayaq dirəməsi iki səbəbdən qaynaqlanır”- Oqtay Qasımov ŞƏRH EDİRbackend

“Ermənistanın bu məsələlərdə ayaq dirəməsi iki səbəbdən qaynaqlanır”- Oqtay Qasımov ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar kontekstində sülh müqaviləsində qeyd olunan 17 bənddən 15-nin razılaşdırıldığı hər iki tərəfdən təsdiqlənir”.

Bunu Editor.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Politoloq bildirib ki, iki ölkə arasında razılaşdırılmamış və prosesə mane olan ən ciddi məqam Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlıdır:

“Bu Konstitusiyada Ermənistanın İstiqlal Bəyannaməsinə istinad var. Bu Bəyannamədə də birmənalı şəkildə 1989-cı il 1 dekabr tarixində Ermənistan Ali Sovetinin qərarına, o cümlədən Qarabağdakı separatçı rejimin qərarlarına istinad var. Burada Qarabağ və Ermənistan bir vahid kimi qeyd olunub. Ermənistan baş naziri Nikol Paşinyanın nə deməsindən aslı olmayaraq bu bir faktdır. Bu faktın özü Azərbaycana qarşı ərazi iddiaları ilə bağlıdır. Azərbaycan tərəfinin də mövqeyi birmənalıdır. Ermənistan Konstitusiyanı dəyişməyincə, sözügedən iddialar ordan çıxarılmayınca, İstiqlal Bəyannaməsinə istinad dəyişdirilməyənə qədər Azərbaycan Ermənistanla sülh müqaviləsinə imzalamayacaq”.

O. Qasımovun sözlərinə görə, Ermənistanın bu məsələlərdə ayaq dirəməsi iki səbəbdən qaynaqlanır:

“Birincisi, Paşinyan hazırda Ermənistan cəmiyyətini nəzərə alaraq hesab edir ki, Konstitusiya dəyişikliyinə getmək hakimiyyət üçün problemlər yarada bilər. Bu referendum, eyni zamanda, Paşinyan hakimiyyətinə etimad referendumuna da çevrilə bilər. O düşünür ki, bu referendumda lazımi dəstəyi ala bilməsə, o zaman istefaya getməlidir. İkinci məqam təbii ki, bütün erməni ictimai-siyasi düşüncəsində Azərbaycan ərazilərini işğal və revanşist duyğular yaşamaqdadır. Onlar hələ də bu xülyalardan ayrılmayıblar. Konstitusiya dəyişiklikləri ilə bağlı proses ləngidilir. Paşinyanın Konstitusiya Məhkəməsinin qərarına istinadən bu bəyanatı verməsi həmin Məhkəmənin gələcəkdə eynən siyasi hakimiyyətin qərarına uyğun olaraq baş bir rəy çıxarmasına səbəb ola bilər. Bu baxımdan Azərbaycanın mövqeyi qətidir. Azərbaycan Paşinyan və onun komandası, Ermənistan rəhbərliyi ilə deyil, erməni xalqı ilə müqavilə bağlamaq istəyir ki, gələcəkdə hansısa problemlər olmasın”.

//Gülnarə Abasova, Editor.az