“Ermənistanın bu siyasəti Azərbaycanın maraqlarına cavab verir”-AÇIQLAMAbackend

“Ermənistanın bu siyasəti Azərbaycanın maraqlarına cavab verir”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni analitikləri bildirir ki, Ermənistanın Praqa bəyannaməsini imzalaması Azərbaycanın “əl-qolunu açıb”. Xankəndidəki vəziyyəti də bununla əlaqələndirilər. Bütün məsuliyyətin yalnız Rusiyada olmadığını, Paşinyanın da bir o qədər məsuliyyət daşıdığını qeyd edirlər. Biz isə hər dəfə qeyd edirik ki, Ermənistan rəhbərliyi imza atdığı bəyanatların öhdəliklərinə əməl etmir.

Bəs burada Praqa bəyannaməsinin gündəmə gəlməsinin səbəbi nədir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən AĞ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirib ki, hazırda Ermənistanda Qarabağ mövzusunda siyasi mövqe yoxdur:

“Azərbaycan isə konkret mövqeyini ortaya qoyub ki, heç bir status məsələsi yoxdur. Ermənistan Bakı ilə sərhədləri müəyyənləşdirməlidir. Bunu iqtidar, müxalifət, cəmiyyət də deyir. Amma Ermənistanda vəziyyət başqadır. Baş nazir Nikol Paşinyan belə ard-arda fərqli çıxışlar edir. Bir gün bizim mövqeyə uyğun, bir gün isə Ermənistan tərəfinin fikirlərini müdafiə edir. Ermənistan müxalifətində də fikir  ayrılıqları mövcuddur. Belə ki, həm Rusiyaya, həm də Qərbə yaxın qüvvələr var. Orada siyasi xaos hökm sürür”.

Siyasi şərhçinin fikirlərinə görə,  hansısa erməni siyasi qüvvəsi “Praqa” bəyannaməsini Azərbaycanın xeyirinə olmasının dilə gətirib:

“Bununla da Paşinyan hakimiyyətini laxlatmaq istəyirlər. Proseslərdən Rusiyanı kənarlaşdırmaq istəyən qüvvələr də var. Düşünürəm ki, onun da başında elə Paşinyan dayanır. Baş nazir öz dili ilə demədiyi fikirləri digər qüvvələr vasitəsilə səsləndirir. Ermənistanın Rusiyanı kənarda saxlaması Azərbaycanın mövqelərinə cavab verir. Ümumiyyətlə isə ABŞ-ın və Rusiyanın iki fərqli sülh təklifi var. ABŞ-ın təklifi ölkəmizin maraqlarına daha çox cavab verir. Rusiyanın isə mövqeyi bu məsələdə tam dəqiq deyil. Putin həm Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, həm də Ermənistanın istəklərini yerinə yetirməyə hazır olduğunu bildirir. Ermənistanda antiRusiya siyasətinin mövcud olması Azərbaycanın maraqlarına uyğundur. Bu məsələ daha geniş vüsət alıb dəqiq nəticə əldə etsə, Azərbaycan bu il Xankəndi və ətrafı məsələlərini həll edə bilər”.

//Safura Bənnayeva, Editor.az