“Ermənistanın cəsarətlənməsinə səbəb olan amil budur”-AÇIQLAMAbackend

“Ermənistanın cəsarətlənməsinə səbəb olan amil budur”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması halları artıb. Bu da regionda sülhün əldə edilməsi prosesinə ciddi maneə törədir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Hüquqi və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Xəyal Bəşirov bildirib.

Onun sözlərinə görə, Ermənistan atəşkəs rejimini pozması hallarına yol verməməlidir:

“10 noyabr 2020-ci il bəyanatının öhdəliklərini yerinə yetirməməsi və buna görə hər hansı təzyiq və təsirlərin göstərilməməsi səbəbindən bu kimi hallar baş verir. Bu İrəvanı cəsarətləndirir ki, təxribatlara əl atsın. Ermənistanın atəşkəsi pozması hallarına qarşı zamanında bir neçə addım atdıq. 2022-ci il “Fərrux”, 3 avqust 2022-ci il “Qisas” əməliyyatlarını nümunə göstərə bilərik. Bu proseslər nəticəsində Azərbaycan çox böyük nailiyyətlər əldə etdi. Bu gün erməni təxribatlarının geniş vüsət alması, mina partlayışlarının olması sülhə təhdid yaradan vəziyyətdir. Bu onların sülh istəmədiyinin göstəricisidir”.

Politoloqun sözlərinə görə, İrəvanın əsas istəklərindən biri də monitorinq missiyası adı altında ərazilərində fəaliyyət göstərən Fransa və digər dövlətlərin silahlı qüvvələrini regiona yerləşdirmək idi:

“Yalnız sərhədboyu ərazilərə yerləşmələri mümkün oldu. Bütün hadisələrin fonunda bu kimi halların yaranmasında məsuliyyət Rusiya sülhməramlılarının üzərinə düşür. Azərbaycanın antiterror əməliyyatı keçirmək hüququ var. Biz istənilən təxribatlara hazırlıqlı olmalıyıq. Ölkəmizin başqa yolu qalmayıb, ərazilərimizdə mövcud olan silahlı, separatçı dəstələr təmizlənməlidir”.

//Safura Bənnayeva, Editor.az