Ermənistanın ərazi xofu: “Azərbaycanın İrəvanla bağlı iddiası yoxdur”-AÇIQLAMAbackend

Ermənistanın ərazi xofu: “Azərbaycanın İrəvanla bağlı iddiası yoxdur”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmamasının səbəbini rəsmi Bakı ilə əlaqələndirirlər”.

Bunu Editor.az-a BAO sədrinin müavini, fəlsəfə doktoru, siyasi şərhçi Faiq Ələkbərli “Ermənistan” fraksiyasından olan deputat, Xarici əlaqələr komitəsinin sədr müavini Armen Rüstəmyanın Brüsseldə oktyabrın sonunda keçirilməsi gözlənilən Əliyev-Mişel-Paşinyan görüşünün vaxt azlığı səbəbindən baş tutmaması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Ermənistan rəsmiləri tərəfindən sülh müqaviləsinin imzalanmaması ilə bağlı səslənən fikirlər həqiqəti əks etdirmir:

“Bunun səbəbkarı rəsmi Bakı deyil. Hər zaman problem yaradan tərəf Ermənistan və arxasında duran qüvvələr olub. Burada Azərbaycanın adı ilə səsləndirilən 5 şərt ( red. Azərbaycanın istədiyi şərtlərlə delimitasiya və demarkasiya, bura Ermənistan ərazisinin 29800 kvadrat kilometr olmasını qəbul etmək daxil deyil, yeri gəlmişkən, rəsmi Bakı heç vaxt Ermənistan ərazisini tanıdığını deməyib; Anklavlar məsələsi var ki, onun vasitəsilə Azərbaycan bizim strateji yollarımıza nəzarəti ələ keçirəcək; Əliyev təcavüzkar Ermənistanın həmin əraziləri işğal etdiyini açıqlayacaq. Bu gün onlar təzminatı 100 milyard dollar civarında qiymətləndirirlər, bu, əlbəttə ki, yekun rəqəm deyil.) müəyyən mənada rəsmi Bakının haqlı tələbləridir. Lakin Ermənistan fraksiyasından olan deputatlar müəyyən mənada bunu şişirtməyə çalışır. Rəsmi Bakının anklavlar məsələsində də mövqeyi dəqiqdir. Çünki həmin ərazilər rəsmi İrəvan tərəfindən işğal olunub. Ermənistan işğal etdiyi Qazaxın 7, Naxçıvanın Kərki kəndindən də çıxmalıdır. Bu rəsmi İrəvan üçün problem yaradır. Anklav adlanan ərazilər də Azərbaycana aiddir.1980-ci illərdə Qazaxın bəzi əraziləri Ermənistana yol açılması üçün rəsmi İrəvana verilmişdi”.

F.Ələkbərlinin fikrincə, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə bağlı səsləndirilən fikirlər də şişirdilmiş formadadır:

” Rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünü tanıyır. Zaman-zaman Azərbaycandan qopardılmış və Ermənistan SSR-yə verilən, rəsmi İrəvan tərəfindən işğal edilən ərazilər də var. Bunlara aydınlıq gətirilməlidir. Eləcə də təzminat məsələsində də Azərbaycanın haqlı, qətiyyətli mövqeyi var. Faktiki olaraq rəsmi İrəvan 30 il müddətində torpaqlarımıza kifayət qədər zərbə endirib. Ərazilərimiz heç bir əsas olmadan işğal altında saxlanılmışdır. Təbii sərvətlərimiz mənimsənilmişdir. Azərbaycanın adından səsləndirilən tələblərlərlə əslində ermənilər dolayı yolla etiraf edirlər ki, bu haqlı tələblərdir. Ermənistan onu yerinə yetirdikdən sonra sülh müqaviləsi imzalana bilər”.

Siyasi şərhçi Ermənistanın qarşısında iki yol olduğunu düşünür:” Rəsmi İrəvan ya Azərbaycanın haqlı tələblərinə cavab verib, sülh müqaviləsinə imza atacaq, ya da müəyyən təhlükələrlə qarşı-qarşıya qalacaq. Rəsmi Bakı heç bir ərazi iddiasında deyil. Torpaqlarının bütövlüyünü təmin edir. Ermənistan özü üçün qorxu yaratmamalıdır. İrəvan Azərbaycan türklərinə aiddir. Lakin göründüyü kimi dövlətimizin İrəvanla bağlı iddiası yoxdur. Bu hal erməniləri sevindirməlidir”.

//Safura Bənnayeva, Editor.az