Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının, həm də Aİ-nin üzvü olması qeyri-mümkündür – Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinbackend

Ermənistanın eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqının, həm də Aİ-nin üzvü olması qeyri-mümkündür – Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyü müəyyən öhdəliklərlə bağlıdır və ölkənin Avropa İttifaqına eyni vaxtda qoşulması mümkün deyil.

Editor.az bildirir ki, bunu Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin deyib. Onun sözlərinə görə, Rusiya Ermənistanın xarici siyasət və xarici iqtisadi tərəfdaşları seçməkdə suveren hüququna hörmət edir.

“Rusiya rəsmilərinin dəfələrlə qeyd etdiyi kimi, yəni həm Avrasiya, həm də Avropa inteqrasiya proseslərində tam iştirak etmək istər praktiki, istərsə də nəzəri cəhətdən mümkün deyil”, – Sergey Kopırkin RİA Novosti-yə müsahibəsində deyib. Rusiya səfirinin sözlərinə görə, Avropa ölkələrinin nümayəndələri açıq şəkildə bəyan ediblər ki, Ermənistan Aİİ-ni Aİ-yə “zəmanətsiz” daxil olmamaqdan xeyli əvvəl tərk etməli olacaq.

//Samir Qurbanov, Editor.az