Ermənistanın gülünc iddiası: “Cənubi Qafqazda böyük oyunlar gedir”-ŞƏRHbackend

Ermənistanın gülünc iddiası: “Cənubi Qafqazda böyük oyunlar gedir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan parlamentinin sədri Alen Simonyan 30-dan çox ölkənin parlament rəhbərlərinə və beynəlxalq parlament təşkilatlarının prezidentlərinə müraciət ünvanlayıb. Erməni spiker məktubda Qarabağda vəziyyətin pisləşdiyini bildirib”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Sultan Zahidov bildirib.

Onun sözlərinə görə, bu kimi yollarla Qərbdən və beynəlxalq təşkilatlardan yardım istəyirlər:

“Ermənistanın son 3 ildəki xarici siyasəti əsasən “yalvarış” və “imdad” diplomatiyasına dayanır. Lakin bu çağırışlar gözlənilən nəticəni vermir və uğursuzluğa düçar olunur. Bunun da əsas səbəbi ondan ibarətdir ki, Ermənistanın bəyanatları ciddi əsasa dayanmır və bunu beynəlxalq birlik də açıq-aşkar görür. Ermənistanın ölkəmizə qarşı apardığı “qara piar” kampaniyası ciddi əsaslara dayanmır. Azərbaycanlı ekoaktivistlər dekabrın 12-dən etibarən Xankəndi-Laçın yolunda təbii sərvətlərimizin istismar olunması və bunun nəticəsində ətrafda baş verən ekoterrora qaşı etiraz nümayişi həyata keçirirlər. Burada hər hansı blokadadan söhbət gedə bilməz. Ermənistan tərəfi də etiraf edib ki, etirazçılar humanitar maşınlar və Qırmızı Xaç Cəmiyyətinin avtomobillərinin əraziyə gediş-gəlişinə maneə törətmirlər”.

Politoloq qeyd edir ki, Ermənistan regionda sülh və sabitlik istəyirsə, əvvəlcə öhdəliklərini yerinə yetirməlidir:

“Rusiya da bu istiqamətdə lazımi qədər təzyiq və təsir  mexanizmlərindən istifadə etmir. Azərbaycan isə əksinə öz öhdəliklərini yerinə yetirməklə yanaşı, Ermənistana sülh təklifi edir. Buna da bir mənalı şəkildə cavab ala bilməyib.
Simonyanın 30 dövlətə müraciəti  heç bir müsbət cavab almayıb. Çünki onlarda regionda baş verən prosesləri görürlər”.

Politoloqun fikrincə, Cənubi Qafqazda son vaxtlar böyük oyunlar baş verir:

“Xüsusilə də Qərb Rusiyanın nüfuzunu azaltmağa çalışır. ABŞ və Fransa da əsas rol sahibidir. Fransa erməni faktorundan istifadə edərək Rusiyanın regiondakı mövqeyini əvəzləməyə çalışır. Unutmaq olmaz ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan regionda mövqeyini daha da gücləndirdi. Bunu da bütün ölkələr yaxşı başa düşür. Azərbaycanın icazəsi olmadan Cənubi Qafqazda hər hansı fəaliyyətin başvermə ehtimalı yoxdur.  Ermənistan şimaldan, qərbdən imdad diləmək əvəzinə Azərbaycana doğru üz çevirsə, bölgədə sülhə və sabitliyə daha çox effektiv olar”.

//Safura Bənnayeva, Editor.az