“Ermənistanın hazırda tutduğu siyasi xətt də buna hesablanıb”- ŞƏRHbackend

“Ermənistanın hazırda tutduğu siyasi xətt də buna hesablanıb”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Ermənistanın müstəqil bir dövlət ləyaqəti mövcud deyil. Buna görə də məhz xarici güc faktorlarının əlində oyuncağa çevrilib”.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Ermənistan daima Azərbaycanla sülhlə bağlı maraqlı məqamların ortaya çıxa biləcəyi anlarda təxribatçı addımlar ataraq vəziyyəti gərginləşdirməyə çalışıb:

“Belə ki, Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə tarixi irəliləyişlərin əldə olunmalı, maraqlı məqamların üzə çıxmalı olduğu anlarda hər zaman Ermənistan qəribə addımları ilə vəziyyətin gərginləşməyinə səbəb olur. Sonuncu dəfə Londonda iki ölkə rəhbərinin görüşünü qarşı çıxaraq Azərbaycanın uzatdığı əli geri çevirən Ermənistanın bundan bir neçə gün sonra Kəlbəcər istiqamətində mövqelərimizi iri çaplı silahlardan atəşə tutması sülh prosesində tamamilə yanıldıcı bir mövqedə olduğunu göstərir. Ermənistan əlindən gələni edir ki, Azərbaycanla sülh danışıqlarında irəliləyişlər əldə edilməsin, regionda vəziyyət gərgin olaraq qalsın. Ermənistanın bir dövlət kimi hazırda tutduğu siyasi xətt də buna hesablanıb. Ona görə də İrəvanın sülh danışıqlarından yayındığı bir vaxtda həm də Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulur”.

//Gülnarə Abasova, Editor.az