Ermənistanın hücum planı bu ölkədə hazırlanıb – Bağlı qapılar arxasında …backend

Ermənistanın hücum planı bu ölkədə hazırlanıb – Bağlı qapılar arxasında …

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın genişmiqyaslı təxribat hazırladığı son həftələr açıq sezilirdi. 4-cü Brüssel görüşündən sonra isə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından və Ermənistan-Azərbaycan sərhəddi istiqamətində düşmən tərəfin təxribatları daha sürətli xarakter aldı. Xüsusilə nəzər salsaq görərik ki, bu müddət ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşımağa başladı.

Bütün bunlar azmış kimi bir neçə halda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının Azərbaycan ərazisinə sızma cəhdləri müəyyən edilərək hərbi birləşmələrimizin sayıqlığı nəticəsində bu təxribatların da qarşısı qarşısı alındı. Ordusumuzun yerləşdiyi yüksəkliklərdən uzun zamandan bəri apardığı müşahidələr Ermənistanın Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahlar, ağır artilleriya vasitələri və şəxsi heyəti cəmləşdirmə prosesi müşahidə aydın şəkildə müşahidə olunub.

Bununla bağlı qarşı tərəfə təxribat xarakterli bu kimi addımları dayandırmaq, bölgənin sülhə hazırlanması istiqamətində Azərbaycanın çox önəmli addımlar atdığı bir məqamda belə destruktiv yanaşma sərgiləməkdən yayınmaq çağırışı nəyinki cavabsız qaldı, Ermənistan hətta müxtəlif güclərin vasitəsilə əldə etdiyi texnikaları və canlı qüvvəni sərhədlərimizə yığmağa, vəziyyəti gərgin saxlamağa davam etdi.

Gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirməsinin hərbiçilərimiz tərəfindən aşkar edilməsi rəsmi irəvanın barışa, sülhə qarşı çıxdığını, regionda sabitlik istəmədiyini, yenə başqa kənar qüvvələrin sifarişlərini icra edərək öz taleyi olə oynadığını nümayiş etdirdi.

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda Ermənistanın 30 illik işğalının nəticəsi olaraq, genişmiqyaslı və çətin humanitar mina təmizləmə fəaliyyəti apardığı halda, Ermənistan tərəfindən yenə də Azərbaycan ərazilərində qəsdən mina basdırılması əməlləri bu ölkənin azərbaycanlılarla düşmənçilik niyyətindən əl çəkəcək kimi görünmədiyini bir daha təsdiqlədi.

Düşmən tərəfin silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutması Ordumuzun adekvat cavab verməsini qaçılmaz etdi. Nəticədə Ermənistan istər canlı qüvvə sarıdan, istərsə də yarım milyondan çox dəyəri olan HHM sistemlərinin, eləcə də Azərbaycanla sərhədyanı ərazilərdəki bütün hərbi infrastrukturu darmadağın edildi.

Elə həmin vaxtdan etibarən Ermənistan kütləvi informasiya vasitələrində və ersosial medianın erməni seqmentində guya Azərbaycan Ordusunun Ermənistan ərazisində mülki obyektləri və mülki insanları hədəf aldığı ilə bağlı dezinformasiyaların tirajlanması bu təxribatın birdən-birə yox, çoxdanın düşünülmüş bir planı olduğundan xəbər verdi. Bəlkə də Ermənistan bu böyük təxribatın planı ilə bağlı yekun qərarını elə Nikol Paşinyanın Vladivostokda keçirilən VII Şərq İqtisadi Forumunun plenar iclasında iştirak üçün səfəri zamanı bağlı qapılar arxasında verib.

Bu dezinformasiyalar Ermənistanın təxribatı daha da genişləndirəcəyi və uzunmüddətli etmək istəyindən xəbər verir. Bununla Ermənistan tərəfi dünyaya hay çəkmək istəyir ki, “gördüyünüz kimi, Azərbaycan bizə təcavüz edir, regionda sabitlik mümkün deyil, biz belə bir məqamda sülh müqaviləsi imzalaya bilmərik”.

Bir daha belə nəticə çıxır ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi bu kimi hərbi avantüralarla qəsdən regionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqların baş tutmasını pozmaq, 10 noyabr 2020-ci tarixli üçtərəfli bəyanat üzrə öhdəliklərini yerinə yetirməmək, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı tikinti-quruculuq layihələrini ləngitmək, Ermənistan əhalisini və beynəlxalq ictimaiyyəti çaşdırmaq kimi məqsədlər güdür.

Amma hazırda  yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Çünki Azərtbaycan Ordusu Ermənistanın təxribatlarının, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə olan təhlükələrin qarşısını almaq üçün zəruri tədbirlər görüb, düşmənin atəş nöqtələrini susdurub və bundan sonra da hər hansı bir təhdid işartısı olacağı təqdirdə anoloji addımı daha sərt şəkildə atmaqda davam edəcək.

Ermənistanın son təxribatlarından bu qənaətə gəlinir ki, rəsmi İrəvan başqa dövlətlərin, güclərin əlində maşa olmağa davam edəcəyi təqdirdə təxribatlardan əl çəkməyəcək. Bunun üçün Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə Ermənistan mütəmadi olaraq bu cür hərbi təxribatlarla Azərbaycanın təhlükəsizliyinə ciddi təhdid olaraq qalacaq.

Bu cür xoşagəlməz hadisələrin qarşısını almaq üçün Ermənistan mütləq şəkildə sülhə məcbur edilməlidir. Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz. Bu baş verərsə gələcəkdə heç kim zəmanət verə bilməz ki, regionda vəziyyət dəyişəcəyi təqdirdə Ermənistan yeni Xocalı soyqrımları, yeni terror əməlləri və vandalizm aktlarını reallaşdırmayacaq.

Milli.Az