Ermənistanın kamikadze-dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildi – FOTObackend

Ermənistanın kamikadze-dronu Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında Ermənistanın kamikadze dronu vasitəsilə Azərbaycanın mülki əhalisinə hücum etmək cəhdi barədə paylaşım edib.

“Ermənistanın kamikadze dronu hava hücumundan müdafiə qüvvələrimiz tərəfindən uğurla məhv edilib. Dron mülki əhalinin yaşadığı ərazinin üzərində uçurdu. Çox sayda mülki əhalinin həyatına təhlükə aradan qaldırıldı. Ermənistanın dövlət terroru davam edir. Sülhə məcbur etmə əməliyyatı Ermənistan dayandırılana qədər davam etməlidir”.