Ermənistanın komediya kimi siyasi gündəmi: Armen Abazyanı səhər işdən çıxartdılar, axşam işinə qaytardılarbackend

Ermənistanın komediya kimi siyasi gündəmi: Armen Abazyanı səhər işdən çıxartdılar, axşam işinə qaytardılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün səhər saatlarında vəzifəsini tərk edən Armen Abazyan yenidən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru olub.

Editor.az bildirir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat yayıb. “Armen Abazyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin edilib”, – mətbuat xidməti bildirib.

Xatırladaq ki, səhər saatlarında respublika prezidenti Milli Təhlükəsizlik Xidmətinin direktorunun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı.

Xatırladaq ki, Abazyan 2020-ci ilin noyabrında Milli Təhlükəsizlik Xidmətinin rəhbəridir.

//Samir Qurbanov, Editor.az