Ermənistan hakimiyyəti faktiki olaraq Ermənistanın KTMT-dən çıxmasının nəyə gətirib çıxaracağı ilə bağlı dəqiq məlumatı ictimaiyyətdən gizlədir.
Editor.az bildirir ki, müvafiq bəyanatla ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan çıxış edib: “Ermənistan hələ KTMT-dən çıxmayıb, təşkilatdan çıxmağın mümkün nəticələri dövlət sirridir”, – Asryan deyib.
Ermənistanda daha əvvəl keçirilmiş sorğu göstərib ki, əksəriyyət – ölkə sakinlərinin demək olar ki, 60%-i Rusiya ilə münasibətlərin kəsilməsinin əleyhinədir. Respondentlərin demək olar ki, 30%-i KTMT-də üzvlüyün davam etdirilməsinin tərəfdarı olub. Respondentlərin 22%-i isə NATO-ya qoşulmağı dəstəkləyib.
//Samir Qurbanov, Editor.az

