Ermənistanın KTMT-yə bütün müraciətləri və çağırışları tutarsızdır – Rusiyalı politoloqbackend

Ermənistanın KTMT-yə bütün müraciətləri və çağırışları tutarsızdır – Rusiyalı politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bütün müraciətləri və çağırışları tutarsızdır və heç bir hüquqi əsası yoxdur.

Editor.az bildirir ki, bunu Trend-ə rusiyalı politoloq Yuri Mavaşev deyib.

Onun sözlərinə görə, Qarabağın və ətraf rayonların əraziləri KTMT-nin fəaliyyət sahəsinə düşmədiyi üçün bu vəziyyətə fərqli kateqoriyada baxmaq lazımdır:

“Hesab edirəm ki, KTMT-dən hansısa kömək gözləmək ehtimalı azdır, çünki əks təqdirdə bu təşkilat qrumdan qəsr kimi dağılacaq. Bununla əlaqədar hesab edirəm ki, Rusiya Ermənistanın Azərbaycanla təkbətək qaldığını açıq-aşkar bildirib. Paşinyanın cəhd etdiyi bütün digər addımlar isə ona heç bir nəticə gətirməyəcək”.