“Ermənistanın macəra axtarışlara onun üçün kifayət qədər acı nəticələrə səbəb olacaq”- Hərbi ekspertbackend

“Ermənistanın macəra axtarışları onun üçün kifayət qədər acı nəticələrə səbəb olacaq”- Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın harada, kimlə və hansı məqsədlə  görüşməsindən aslı olmayaraq Azərbaycan və Türkiyənin razılığı olmadan heç bir dövlət Ermənistana nə təhlükəsizlik, nə də gələcək inkişaf perspektivləri vəd edə bilməz. Bu görüş birmənalı şəkildə Azərbaycana qarşı yönəlib”.

Bu fikirləri Editor.az-a hərbi ekspert Ədalət Verdiyev aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ Dövlət katibi Entoni Blinken arasında keçiriləcək görüş barədə şərhində deyib.

Onun sözlərinə görə, Azərbaycanın sözügedən görüşdə iştirak etməməsi birmənalı olaraq  ABŞ və Avropa İttifaqı, xüsusilə Fransa tərəfindən işğalçının dəstəklənməsi deməkdir:

“Bu gün ərazidə baş verən təxribatlar da məhz 5 aprel görüşü öncəsi  həyata keçirilir və böyük ehtimalla bu, Ermənistanı həmin görüşdə digər iştirakçılardan hərbi, siyasi və maliyyə dəstəyi üçün müraciətinə əsaslar yaratmaq məqsədilə həyata keçirilir. Ermənistan növbəti dəfə özü üçün macəra axtarışındadır. Bu axtarışlar isə Ermənistan üçün kifayət qədər acı nəticələrə gətirib çıxaracaq”.

//Gülnarə Abasova, Editor.az