Ermənistanın MƏKRLİ NİYYƏTLƏRİ boşa çıxdı: “Onlar dəridən-qabıqdan çıxırlar ki…”backend

Ermənistanın MƏKRLİ NİYYƏTLƏRİ boşa çıxdı: “Onlar dəridən-qabıqdan çıxırlar ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Mərkəzi Asiyada, Qazaxıstanda baş verən proseslərdən çox ruhlanıb. Sanki Azərbaycan-Ermənistan sərhədinə də KTMT qüvvələrinin cəlb olunması istiqamətində müxtəlif təşəbbüslər göstərir və bu xüsusda Ermənistan müdafiə nazirinin müavini də KTMT qüvvələrinin Qazaxıstana girdiyi dönəmdə açıqlama verərək hər an Azərbaycan-Ermənistan sərhədində gərginlik yaşana biləcəyini söyləmişdi. Bir sözlə, ermənilər dəridən-qabıqdan çıxırlar ki, KTMT qoşunlarını Azərbaycan sərhədinə cəmləşdirsin “.

Bu sözləri Editor.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

İlyas Hüseynov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə bəzi məqamları diqqətə çəkib:

“Cənab Prezident qeyd etdi ki, müharibə dövründə Azərbaycan Silahlı qüvvələri Zəngilandan Ağbənd istiqamətinə doğru əks hücum əməliyyatını icra edərkən Ermənistanda yerləşən 102-ci Rusiya hərbi bazasının qüvvələrinə yanlış olaraq Ermənistanın siyasi rəhbərliyi bildirmişdi ki, Azərbaycan Ermənistanın ərazisinə soxulmağa çalışır, bununla da 102-ci bazanın hərbi birləşmələrinin bir qrupu Ermənistan-Azərbaycan sərhədinə ezam olunub. Rusiya hərbiçilərinin çiyni arxasında bu cür məkrli niyyətlər güdən Ermənistanın istəkləri boşa çıxdı və Azərbaycan öz hədəfinə çataraq Azərbaycan-Ermənistan sərhədini bərpa etdi. Hazırda da bu cür proseslərə Ermənistan start verib. Həm Vətən müharibəsi, həm də 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı üçüncü tərəfləri rəsmi İrəvan Azərbaycan- Ermənistan münaqişəsinə cəlb etməyə çalışırdı. Eyni zamanda, Azərbaycan-Ermənistan münaqişəsinə dini don geyindirməyə çalışırdılar. Bütün bu niyyətlər öz real təsdiqini tapmadı. Azərbaycanla Rusiya arasında ali səviyyədə, eyni zamanda hərbi rəhbərliklər səviyyəsində keçirilən danışıqlar nəticəsində bir sıra razılıqlar əldə olundu. Kreml də Ermənistanın məkrli niyyətlərini, hiyləgər addımlarını anlayır, böyük ölçüdə regionda gedən proseslər rəsmi Bakı ilə Moskva arasında həll olunur. Ona görə də Ermənistanın dərhal postsovet məkanında gedən geosiyasi proseslərdən özü üçün hərbi, siyasi dvidend əldə etmək istiqamətində niyyətləri də boşa çıxdı və bundan sonrakı bütün məkrli niyyətlərinin də qarşısı ciddi addımlarla alınacaq”.

//Gülnarə Abasova, Editor.az