Ermənistanın milli aviaşirkətinin fəaliyyəti dayandırıldıbackend

Ermənistanın milli aviaşirkətinin fəaliyyəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Fly Arna” milli aviaşirkətinin operator sertifikatının fəəaliyyəti dayandırılıb.

Bu istiqamətdə iş ER Mülki Aviasiya Komitəsi tərəfindən həyata keçirilib. Qeyd olunur ki, daşıyıcı sonuncu təyyarə ilə yollarını ayırıb. İşlərin dayandırılması bu il sentyabrın 7-dək davam edəcək. Bu müddətin sonuna qədər müsbət irəliləyiş olmazsa, operatorun sertifikatı ləğv ediləcək.

Şirkətin yeganə təyyarəsi, quyruq nömrəsi EK-YRB olan “Airbus A320“ İrəvandan BƏƏ-yə yola düşüb. Avialayner respublikanın aviasiya reyestrindən çıxarılıb. İzləmə xidmətlərinin bildirdiyinə görə, şirkət yanvarın 16-dan, işlərin dayandırıldığı vaxtdan bəri EK-YRB lövhəsini işlətmir. EK-YRC nömrəli daha bir eyni təyyarə ötən ilin noyabrında icarə verənə qaytarılıb.

//Samir Qurbanov, Editor.az