Ermənistanın müdafiə naziri cəzalandırıldıbackend

Ermənistanın müdafiə naziri cəzalandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Suren Papikyan bir neçə il əvvəl törətdiyi inzibati xətaya görə cərimələnib.

Bu barədə erməni mətbuatı yazıb.

Cəriməni nazirə Respublika Korrupsiyaya Qarşı Mübarizə Komissiyası təqidm edib. Məlumata görə, cərimə Papikyanın “Mülki müqavilə” partiyasının idarə heyətinin rəhbəri kimi fəaliyyəti ilə bağlıdır. O, qanunun bütün partiya ödənişlərinin bank köçürməsi ilə edilməsi tələbinə əməl etməyib. Cərimənin məbləği 100 min dram (təxminən 260 dollar) təşkil edəcək.

//Samir Qurbanov, Editor.az