“Ermənistanın müharibə etməyə hərbi gücü yoxdur”-Gec saatlarda başlayan əməliyyatlarda gördük ki…- Hərbi ekspertbackend

“Ermənistanın müharibə etməyə hərbi gücü yoxdur”-Gec saatlarda başlayan əməliyyatlarda gördük ki…- Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Erməni təxribatları hələ də dayanmayıb. Bəzi istiqamətlərdə müəyyən sakitlik yaransa da münaqişə tam bitməyib. Belə olan halda meydana çıxan əsas suallardan biri də bu hadisənin başvermə səbəbi ilə bağlıdır”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli bildirib.

Onun sözlərinə görə, burada əsas məqsəd Ermənistanın müharibəyə hazırlaşması deyil:

” Bir neçə nüans var. Birincisi, Ermənistan danışıqlar formatını dəyişmək istəyir. 10 noyabr 2020-ci il bəyanatından yayınmaq niyyətindədir. İkincisi, vasitəçilik prosesində Qərbin mövqeyinin güclənməsini istəyir. Bununla da Fransanın və digər qərb ölkələrinin diktəsi ilə ATƏT-in Minsk qrupu çərçivəsində proseslərin davam etməsində maraqlıdır. Azərbaycan isə haqlı olaraq danışıqlarda 10 noyabr 2020-ci il bəyanatını əsas götürür. Rəsmi Bakı münaqişənin həllinin bu formatda tapmasının tərəfdarıdır. Çünki məhz Azərbaycanın noyabrda güzəştə gedərək müharibəni dayandırması Ermənistan üçün əsl xilas yolu oldu. Ermənistan ümumiyyətlə son 1 ildə təxribatların sayını artırmaqla həm də Qarabağdakı ermənilərin hüquqi statusa nail olmasını istəyir. Bu da dolayısı ilə ATƏT-in Minsk qrupunun fəaliyyətinə aid olan məsələdir. Ermənistanın müharibə etmək imkanı yoxdur. Gecə saatlarında başlayan əməliyyatda da gördük ki, Ermənistan ordusu darmadağın edildi. Bu onu göstərir ki, onların hərbi gücü yetərincə azdır. Ona görə də bu niyyətlə çıxış edə bilməzlər”.