“Ermənistanın narazılığı Vardanyanın Xankəndidən çıxmasına səbəb olur?”- ŞƏRHbackend

 “Ermənistanın narazılığı Vardanyanın Xankəndidən çıxmasına səbəb olur?”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ separatçılarının “dövlət naziri”, milyarder Ruben Vardanyan tutduğu qondarma  vəzifədən azad ediləcək. Bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumatın ardınca Vardanyanın verdiyi açıqlamada bu vəziyyət təkzib edilib. Rusiyanın “aləti” olan Vardanyanın hakimiyyətdən uzaqlaşdırılmasının səbəbini isə ard-arda verdiyi qalmaqallı açıqlamalarında görürlər.

Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanda Ruben Vardanyandan böyük narazılıq var:

“Eyni zamanda, Qarabağdakı separatçılar arasında da ikitirəlik var. Onların “rəhbəri” Arayik Artunyan da Rusiyadan gələn Vardanyanın özünü göstərmək cəhdlərini qısqanclıqla qarşılayır. Ruben Vardanyan Ermənistan baş naziri Nikol Paşinyan və onun komandasını əsla qane etməyən simadır. Ona görə də onun ətrafında həlqə get-gedə daralır. Azərbaycan Rusiyadan göndərilmiş və çirkin məqsədlərə xidmət edən Vardanyanı əsla qəbul edə bilməz. O, cinayətkardır. Azərbaycan Respublikasının qanunlarına görə, o, cavabdehlik daşıyır və  Rusiya qarşısında götürdüyü öhdəliklər var. Bir çox çirkli pullarını Rusiyada qazanıb böyük cinayətlər işləyib. Özbaşına Xankəndini tərk etməsi inandırıcı görünmür”.
 
//Safura Bənnayeva, Editor.az