Ermənistanın növbəti söz oyunu: “AŞPA-nın Laçın yolu ilə bağlı qətnaməsində bu məqamlar əks-olunub”-AÇIQLAMAbackend

Ermənistanın növbəti söz oyunu: “AŞPA-nın Laçın yolu ilə bağlı qətnaməsində bu məqamlar əks-olunub”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ruben Rubinyanın verdiyi açıqlama erməni tərəfinin mövqeyini ifadə edir”.

Bu fikirləri Editor.az-a politoloq Elçin Mirzəbəyli Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın AŞPA-nın Laçın dəhlizindəki vəziyyətlə bağlı qətnamə qəbul etməsi və orada sərbəst, təhlükəsiz hərəkətin olmaması barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, AŞPA-nın qəbul etdiyi sənəddə Laçın yolu ilə bağlı müəyyən məqamlar yer alıb:

“Qeyd olunub ki, Azərbaycanın onun beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində yaşayan hər kəsin təhlükəsizliyini təmin etmək öhdəliyi var. Bu da hazırda ermənilərin yaşadığı Azərbaycan ərazilərinin Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində tanınmış ərazilər olduğunun AŞPA tərəfindən vurğulanmasıdır. Amma Ruben Rubinyanın nitqində bu məqam yer almayıb. Doğrudur, həmin qətnamədə bir çox məqamlar var ki, həqiqəti əks etdirmir, çünki prinsip etibarilə reallıq öz əksini tapmayır. Məlum olduğu kimi Laçın yolundan birbaşa hərəkət mövcuddur və buna hər hansı maneə yoxdur. Humanitar məqsədli yüklərin daşınması Azərbaycan tərəfindən təmin edilib. Azərbaycan ərazisində yaşayan ermənilərin qaz və digər təminatları rəsmi Bakı ilə bağlı olmadığı üçün də bu məsələdə öz üzərinə məsuliyyət götürə bilməz”.

Politoloq sənəddə birtərəfli qaydada yer alan bəzi fikirlərə diqqət çəkir: “Eyni zamanda qeyd edilir ki, ərazi Azərbaycan ərazisidir. Burada yaşayan hərkəs üçün Azərbaycan məsuliyyət daşıyır. Rəsmi Bakı məsuliyyət daşıyırsa, deməli ərazisində qeyri-qanuni məskunlaşan, əhalini girov vəziyyətində saxlayan insanlara qarşı müvafiq hüquqi addımlar ata bilər. Bundan sonra həmin ərazilərdə yaşayan ermənilər də digər Azərbaycan vətəndaşları kimi normal şəkildə öz həyatlarına davam edəcəklər. Ruben Rubenyanın səsləndirdiyi fikirlər isə yalnız Ermənistan maraqlarına xidmət edən hissənin dilə gətirilməsidir “.

//Safura Bənnayeva, Editor.az