Daşnaksütyun partiyasının nümayəndəsi İşxan Saqatelyan bildirib ki, parlament müxalifəti baş nazir Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması üzrə hərəkətləri əlaqələndirəcək komitə yaradıb.
Editor.az bildirir ki, bu barədə İrəvanda Ermənistan hökumət binası yaxınlığında keçirilən mitinqdə məlumat verilib. “Dünən demək olar ki, bütün müxalifət partiyaları bir neçə saatlıq müzakirələr aparıblar və mövcud vəziyyətdən çıxmaq üçün yol xəritəsi formalaşıb”, – Saqatelyan bildirib.
“Biz fəaliyyət proqramı hazırlamışıq və onun son məqsədi mövcud rejimin hakimiyyətdən uzaqlaşdırılmasıdır”, – deyə o əlavə edib.
//Samir Qurbanov, Editor.az

