Ermənistanın qəddar təxribatı: Beynəlxalq təşkilatlar yenə susur…-AÇIQLAMAbackend

Ermənistanın qəddar təxribatı: Beynəlxalq təşkilatlar yenə susur…-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində  əsgərlərimiz hava şəraitinin pis olması səbəbi ilə yolu azaraq Ermənistana keçib və  nəticədə əsir düşüblər. Təəssüf ki, erməni hərbiçiləri, vətəndaşları əsir və girovlarla düzgün davranış qaydalarına əməl etmədən onlara qarşı qəddarlıq və zülm nümayiş etdiriblər”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Onun sözlərinə görə, yayılmış videolardan Azərbaycan əsgərinə necə işgəncələr verildiyi, ağır zərbələr endirildiyi aydın görünür:

“Bununla da insan hüquqları ciddi şəkildə pozulur. Utanmadan, çəkinmədən insanlıq əleyhinə cinayət törətdikləri videoları da yayırlar. Beynəlxalq təşkilatlar yenə də susur, ikili standartlardan çıxış edirlər. Artıq 24 saat vaxt keçsə də törədilmiş bu zülmə görə İrəvana heç bir etiraz bildirilməyib. Əsgərimizin səhhəti ilə bağlı hansısa məlumat da bizə göndərilməyib “.

Deputatın sözlərinə görə, ermənilərdən fərqli olaraq Azərbaycan bu tip məsələlərdə həmişə humanist addım atıb:

“Erməni əsirlərə qarşı çox normal münasibət bəsləmiş, səhhətlərinin yaxşı olması üçün lazımı addımlar atmışıq. Həmin hərbiçilər müəyyən istintaq prosesinə cəlb olunduqdan sonra onlar öz ölkələrinə qaytarılıb. Ermənilər bir daha öz simalarını göstərdilər, nəyə qadir olduqlarını ortaya qoydular. Əminliklə deyə bilərik ki, erməni xəstə təxəyyülü heç vaxt sağalmayacaq. Faşist düşüncəsini tamamilə silib atmaq mümkün deyil. Çünki onlar terrorla, zülmlə qidalanırlar. İnsanları məhv etməkdən həzz alırlar “.

Naqif Həmzəyev qeyd edir ki, ermənilərin əsl simasını dünyaya göstərmək üçün daha çox çalışmalıyıq:

“Beynəlxalq təşkilatları gözlərini açıb həqiqəti görməyə məcbur etməliyik. Əks təqdirdə Ermənistanın havadarları həmişə bunu ört-basdır edəcək. Azərbaycan sülh təklifi ilə çıxış etsə də ermənilər bunu heç vaxt düzgün dəyərləndirməyib. Onlar hər vəchlə buna mane olmağa çalışırlar. Rəsmi İrəvan bu cür təxribatları davam etdirəcəyi təqdirdə Azərbaycan əsgəri layiqli cavabını verəcək. “Dəmir Yumruq” hər zaman qüvvədədir. Əsirlikdə olan əsgərlərimiz qısa zamanda ölkəmizə təhvil verilməsə Azərbaycan Silahlı Qüvvələri əsgərlərimizin qisasını almağa qadirdir”.

//Safura Bənnayeva, Editor.az