“Ermənistanın Rusiyaya qarşı çıxması oyunun bir hissəsidir”-Politoloqdan SENSASİON AÇIQLAMAbackend

“Ermənistanın Rusiyaya qarşı çıxması oyunun bir hissəsidir”-Politoloqdan SENSASİON AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan baş naziri Nikol Paşinyan və onun komandası, eyni zamanda, digər siyasi qüvvələr heç vaxt müstəqil qərar qəbul edə bilmirlər. Problemin başlıca səbəbi Qarabağda yaşayan erməni azlığının müqəddəratıdır. Onlar müxtəlif oyunlarla öz “qayğılarını” ifadə edirlər. Guya bu həllini tapmırsa, onda bölgədə sülh böyük şübhələr altında qalır. Əslində bu, belə deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, dünya erməniliyi bəzi Qərb və Yaxın Şərq qüvvələrinin dəstəyi ilə bölgədə sabitliyi pozmağa çalışır: “Çünki erməni dövləti vaxtında destabilizasiyanı təşkil edəcək qüvvə qismində nəzərdə tutulmuşdu. Bu dövlət Birinci Dünya müharibəsindən sonra yarandı və bu günə qədər öz ampulasını dəyişmədi. Ermənistanda yaşayan insanların fikirlərini, taleyini düşünən yoxdur. Sadəcə Ermənistan alət dövlətdir. Onun vasitəsilə müsəlman, türk aləmində problemlər yaratmağa çalışırlar.  Bununla da  öz maraqlarını gərçəkləşdirirlər. Qarabağda sülhməramlıların olması lazımsız prosesdir. Çünki vəziyyətə tam nəzarət edən Azərbaycandır. Müharibədən sonra bizim qarşımızda elə bir problem yox idi ki, biz 2020-ci ilin payızında Qarabağa daxil olub Xankəndidə bayrağımızı dalğalandıraq. Biz bunu etmədik. Çünki orada yaşayan erməni əhalisinə göstərdik ki, Azərbaycan çox güclü tərəfdir, hətta Ermənistanı da darmadağın edə bilər. Ermənilərə burada normal həyat tərzi vəd etmək bizim iqtidarımızdadır. 44 gün ərzində “siçan” kimi qorxudan gizlənməyə yer axtaran erməni liderləri sırf öz canlarını xilas etməyə çalışırdılar. Bilirdilər ki, Azərbaycan artıq astanadadır. Bizim Qarabağda yaşayan erməni əsilli vətandaşlara yazığımız gəlirdi ki, onlar 30 ilə yaxın idi ki, girov vəziyyətində yaşayırdılar”.

Politoloq vurğulayıb ki, azərbaycanlılar və ermənilər bəzi məqamlarda dil tapıblar:

“ Xalq diplomatiyası öz işini görür. Yol çəkilişində Prezident İlham Əliyev də qeyd etdi ki, artıq ermənilər bizə müraciət edirlər, dəstəyimizdən çəkinirlər. Digər tərəfdən Sərsəng su anbarında birgə monitorinq də keçirildi. Görünən budur ki, əgər bu danışıqlara mane olan yoxdursa, heç bir problem yaşamadan yerli ermənilərlə azərbaycanlılar dil tapırlar. Üçüncü tərəfləri də narahat edən də elə budur. İstəyirlər ki, tərəflər arasında barışıq olmasın. Çünki bu prosesdə al-ver predimenti, qazanclar, qara pulların yuyulması və digər məsələlər var. Qarabağa aiddiyatı olmayan Ruben Vardanyanın Qarabağa gəlməsi də buna misaldır”.

T.Abbasovun fikrincə, Ermənistan rəhbərliyi yenə də oyunbazlığa başlayıb:

“Nikol Paşinyan təhlükəsizlikdən, sabitlikdən dəm vurur.  Ermənilərin dünya miqyasında mənfi rol oynamasının şahidi oluruq. Bu millətin, xalqın özünün suveren hüququnu reallaşdırmağa istəkləri yoxdur. Beynəlxalq hüququn subyekti kimi özlərini qələmə vermək arzusunda deyillər. Onlar sadəcə onun-bunun əlindən pay alaraq beynəlxalq hüququn obyektinə çevriliblər. Digər tərəfdən isə burada Rusiyanın da maraqları var. Rusiyanın iş adamları Qarabağa gəlib. Ruben Vardanyan oraya bir “sinifkom” kimi gətirilib. Çalışırlar ki, guya ermənilərin istəklərini reallaşdırsınlar.
Elə bugündən Rusiya sülhməramlı kontingenti əraziləri tərk etsə heç kim üçün problem olmayacaq. Əksinə Azərbaycan bütün proseslərin həllini öz üzərinə götürməklə ən çətin məsələlərin belə cavabını tapacaq. Rusiyanın burada öz oyunu var. Bəzi şirkətləri qızıl, mis yataqlarına göz qoyublar. Çalışırlar ki, orada özləri üçün “isti künc” tapsınlar. Proseslərdən qazanc əldə etsinlər, bu yolverilməz məsələdir. Çünki torpaq, ərazi, təbii sərvətlər hamısı Azərbaycana məxsusdur. Biz burada nələrin baş verdiyini bilməliyik. Ermənistanın Rusiyaya qarşı çıxması bir ssenaridir. Azərbaycan da bunu çox yaxşı bilir. “Örtülü bazar” qaydaları ilə fəaliyyət göstərənlər ərazilərdən çıxarılmalıdır. Əks halda biz özümüz bunu təmin edəcəyik”.

//Safura Bənnayeva, Editor.az