“Noyabrın 26-sı Soçidə üçtərəfli razılaşmanın bir illiyi ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında baş tutan görüş neçə məsələnin həlli ilə bağlı razılaşmalarla yadda qaldı. Görüş çərçivəsində Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demakrasiya prosesinin həyata keçirilməsi üçün təcili kommisiyanın yaradılması ilə bağlı razılaşma əldə edildi. Məsələ ondadır ki, delimitasiya və demakrasiya prosesi həyata keçmədiyi üçün Ermənistan tərəfi indi də sərhəd xəttindən Azərbaycana qarşı ərazi iddiası irəli sürür və bunun üzərindən beynəlxalq kampaniya yürüdür. Bu kampaniya vasitəsilə də Cənubi Qafqazda yaranan yeni reallıqları primitiv cəhdlərlə bir ildən sonra dəyişməyə çalışır”.
Bu sözləri Editor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi proseslərin axarını dəyişmək üçün primitiv cəhdlər edir:
“Ermənistanın bu cəhdlərindən istifadə edərək proseslərə müdaxilə etmək istəyən ölkələrin də sayı günü-gündən artır. Postmüharibə dövründə sülhəməcbur etmə prosesləri gedir və bu prosesdə tək işlək format üçtərəfli razılaşmadır. Bu prosesdə cüzi məqamları nəzərə almamaqla Azərbaycan və Rusiya bu məsələlərdə eyni mövqedən çıxış edir. Sərhədlərin delimitasiya və demakrasiyası təcili həyata keçirilməli və regionda sülh, sabitlik formalaşdırılmalıdır. 10 noyabr bəyanatı postmüharibə dövründə prosesləri tənzimləyən yeganə razılaşma tək işlək formatdır. Proseslərə kənar qüvvələri cəlb etmək istəyən Ermənistan müharibədən sonra keçən bir il ərzində gah KTMT-ni proseslərə cəlb etmək istədi, ki, bu çox primitiv cəhddir, çünki KTMT-nin nizamnaməsi buna imkan vermir. Çünki proseslər Azərbaycan ərazisində gedir. O halda KTMT Ermənistanı müdafiə edə bilər ki, Ermənistan ərazisinə hər hansı üçüncü bir ölkə müdaxilə etmiş olsun. Lakin belə bir şey yoxdur. Əksinə həm Qarabağda, həm də sərhəddə baş verən təxribatlar Ermənistan tərəfindən Azərbaycan ərazisinə edilən təhdiddir. Digər tərəfdən Ermənistanın ATƏT-in Minsk Qrupu formatından da müəyyən gözləntiləri var. Aralarında müəyyən danışıqlar gedir ki, Minsk qrupu Ermənistana proseslərdə müəyyən formada cəlb olunsun, ermənistan tərəfinə dəstək olsun. Lakin ehtimal kimi Minsk Qrupunun bu proseslərə cəlb olunmasını qəbul etsək belə, bu qrupun proseslərə təsir edən, nizamlayan hər hansı bir işlək mexanizmi yoxdur. Bu ancaq və ancaq 3 tərəfli razılaşmanın şərtləri çərçivəsində ola bilərdi ki, buna da sadəcə ehtiyac yoxdur. Bundan kənarda istənilən fəaliyyət yeni formatın formalaşması kimi görünə bilər, bu isə faktiki olaraq üçtərəfli razılaşmanı şübhə altına alardı”.
Politoloq bildirib ki, 10 noyabr bəyanatının şərtləri həm Ermənistanın, həm də Rusiyanın öhdəliyidir:
“Lakin Ermənistan Rusiyanın qarant olduğu 10 noyabr bəyanatının bəndlərindəki öhdəliklərinə tam tərkibdə əməl etmir. Bunu Ermənistanın Rusiyaya qarşı hörmətsizliyi kimi qəbul edə bilərik, lakin bəzən Rusiya tərəfi də yetərincə diqqət ayırmır bu məsələlərə, bu hörmətsizliyə…”
“N.Paşinyanın hamı ilə hamıya qarşı və antiRusiya siyasətinə artıq hiss edilən və adekvat cavab gəlməlidir Kremldən.. Hesab edirəm ki, bu belə də olacaq. Ermənistanın kommunikasiyalarla bağlı pozucu cəhdləri həmişəki kimi uğursuz olacaq. Nəticə etibarilə kommunikasiyalar açılacaq. Baş verən proseslər Azərbaycanın leyhinə gedir. Əks təqdirdə Ermənistan razılaşmanı şübhə altına almağa davam edərsə, bunun nəticələri onun üçün amansız olacaq. N.Paşinyan yaxşı bilir ki, onun səriştəsiz siyasəti ona hansı nəticələrə başa gələcək. Ermənistanın uğursuz gedişləri sadəcə prosesləri ləngidir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yetirməyə məcbur ediləcək. Onun havadarları isə bu əsnada üçtərəfli razılaşmanın bəndlərini şübhə altına alacaq mesajlar verməkdədir. Biz bu mesajları ABŞ, Fransa digər bir sıra qərb ölkələrinin rəsmilərindən eşidirik. ABŞ-ın Ermənistandakı səfirinin fəaliyyəti, Avropadakı dəstəklər və qərbin də müəyyən ermənipərəst davranışları bu mövzuda hiss olunur. Onlar mövcud reallıqlardan, Ermənistandan istifadə edərək regionda müəyyən imtiyazlar əldə etməyə çalışırlar. N. Paşinyan da daxildə öz reytinqinin qalxması, gözdənpərdə asmaq üçün qərbdən gələn boş dəstəyə qulp tutur”.
//Gülnarə Abasova, Editor.az

