Ermənistanın səngiməyən təxribatı-Azərbaycan nə cavab verəcək?-AÇIQLAMA  backend

Ermənistanın səngiməyən təxribatı-Azərbaycan nə cavab verəcək?-AÇIQLAMA  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son 1 aya nəzər saldıqda görərik ki, demək olar hər gün istər Ermənistanla sərhəddə, istərsə də Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdə atəşkəs pozulur”.

Bu fikirləri Editor.az-a açıqlamasında hərbi ekspert Elxan Şıxəliyev bildirib. Onun sözlərinə görə, bunun  bir neçə səbəbləri var: “Ermənistanla şərti sərhəddə olan ərazilərdə Avropa İttifaqının 400 nəfərlik missiyası yerləşdirilib. Öz törətdikləri təxribatları Azərbaycan tərəfindən reallaşdığını göstərməyə çalışırlar. Bunu da gələcəkdə ölkəmizin əleyhinə istifadə edərək, sanksiyaların tətbiqinə nail olmaq istəyirlər. Azərbaycan Silahlı Qüvvələri tərəfindən bu təxribatların qarşısını almaq çox asandır.

Çünki ölkədə bufer zona olaraq üçüncü dövlətin hərbiçiləri yoxdur”. Hərbi ekpsert qeyd edir ki, digər tərəfdən  KTMT-nin iclasında da ermənilər istəklərinə nail ola bilmədilər: “Nikol Paşinyan Rusiyadan və digər ölkələrdən Azərbaycana qarşı istifadə etmək istəyi reallaşmadığı üçün həmin sənədi imzalamaqdan imtina etdi. Azərbaycanla sülh sazişindən başqa bir yolu olmadığını da başa düşdülər. Atəşkəsin pozulmasında digər məqam isə burada yerləşən qeyri-qanuni silahlı birləşmələrin niyyəti perimetr boyunca  silahlı qüvvələrimizi rus sülhməramlıları ilə qarşı-qarşıya qoymaqdır. Onların atdığı addıma Azərbaycan tərəfi lazımı cavab verib.

Ermənistan Rusiya sülhməramlıları nəzarəti altında olan bölgələrdə bu kimi halları davam etdirərsə, Azərbaycan da antiterror əməliyyatını lokal şəkildə həyata keçirə bilər”.

//Safura Bənnayeva, Editor.az