Ermənistanın “sığınacaq” OYUNU: “Bununla həm cəmiyyəti, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”backend

Ermənistanın “sığınacaq” OYUNU: “Bununla həm cəmiyyəti, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məsələyə bir neçə istiqamətdən yanaşmaq lazımdır. Hər bir istiqamətdə isə Ermənistan müxtəlif oyunlarla müəyyən dərəcədə qazanc əldə etmək istəyir”.

Bu sözləri Editor.az-a Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Ermənistanın son vaxtlar sərhədyanı ərazilərdə “hava hücumu zamanı əhalinin xəbərdar edilməsi, sığınacaqlara yerləşdirilməsi və təxliyəsi üzrə işin təşkili” çərçivəsində hərbi təlimlər keçirməsi məsələsinə münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, Ermənistan bu təlimləri keçirtməklə ilk öncə mülki müdafiə məqsədilə cəmiyyəti baş verə biləcəklərə hazırlayır:

“İkincisi, guya Ermənistanda sığınacaqların tikilməsinə xeyli pullar ayrılıb. “Plana” sığınacaqlara insanların uyğunlaşması və sığınacaqların yoxlanılması aiddir. Məlum olduğu kimi, Ermənistan Türkiyə və Azərbaycanı özünə strateji düşmən hesab edir və guya bu düşmənlərdən qorunmaq üçün sığınacaq vacibdir. Ölkə cəmiyyətinə, beynəlxalq ictimaiyyətə çatdırmaq istəyirlər ki, Ermənistanın Azərbaycan və Türkiyənin hava hücumundan qorunmaq üçün sığınacağa ehtiyacı var. Dördüncü məsələ isə Ermənistan yeni “sığınacaq” tikmək adı ilə  havadarlarından maliyyə dəstəyi almaq istəyir. Ona görə də sığınacaq oyunu ilə həm cəmiyyəti, həm də beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır”.

//Gülnarə Abasova, Editor.az