Ermənistanın “şıltaqlıqları”na Rusiya necə cavab verəcək?- ŞƏRHbackend

Ermənistanın “şıltaqlıqları”na Rusiya necə cavab verəcək?- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün həm regionda , həm də regiondankənarda fəaliyyət göstərən mütəxəssisləri düşündürən əsas məsələ Rusiyanın Ermənistanın son demarşları qarşısında cavab verməməsinin səbəbləridir. Yəni əvvəlki vaxtlar olsaydı Rusiya ona qarşı çıxan keçmiş müttəfiqini “layiqincə” cəzalandırardı. İndi isə Ermənistanın həyata keçirdiyi “şıltaqlıqların” heç biri qarşı tərəfdən cavablandırılmır. Səbəb? Təbii ki, ən böyük səbəb Rusiya-Ukrayna müharibəsidir”.

Bu fikirləri Editor.az-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov deyib.

Onun sözlərinə görə, Ukrayna böhranı Rusiyanın beynəlxalq münasibətlərin bütün sahələrində olduğu kimi, Ermənistan-Rusiya münasibətlərində də əl-qolunu bağlayıb:

“Görünən odur ki, Kreml vəziyyəti belə idarə etməyə cəhd edir. Ciddi tədbir görmədən prosesi davam etdirir. Ermənistan da vəziyyətdən istifadə edərək müharibə bitincəyə qədər Rusiya ilə münasibətləri bitirmək istəyir. Buna İrəvanı onun arxasında dayanan Fransa kimi müttəfiqləri təhrik edir. Onlar düşünür ki, Rusiya Ermənistanı öz orbitində saxlamaq imkanlarına artıq malik deyil.

Ermənistanın düşündükləri nə qədər real görünsə də Rusiya mütləq cavab verəcək. Bu cavabın nədən ibarət olacağını proqnozlaşdırmaq indiki halda bir qədər çətindir”.

//Gülnarə Abasova, Editor.az