“Bunlar ermənilərin son çırpınışlarıdır. “Suya düşən ilana sarılar məsəli” yerinə düşər”.
Bunu Editor.az-a konfliktoloq Elman Vəliyev Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun “Kreml ABŞ-ın Qarabağla bağlı beynəlxalq müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Bundan sonra hər hansı missiya yalnız Azərbaycanın razılığı ilə mövcud ola bilər”-deyə səsləndirdiyi fikirlərə eyni zamanda son günlər Ermənistan tərəfinin israrla BMT və Aİ sülhməramlı missiyasının Qarabağa yerləşdirilməsinin “zərurətini” irəli sürmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, qarşı tərəfin niyyəti ondadır ki, bölgəyə rus sülhməramlılarının yerinə AB sülhməramlıları gəlsin:
“Amma bunlar absurd fikirlərdir. Bu konflikti Ermənistan tərəfi uduzdu. Bəlkə də istəyirlər ki, mühacir hökuməti yaratsınlar, amma bunlar da mənasız addımlardır. Əminəm ki, Ermənistan tərəfi sülhməramlıların bölgədən çıxmasının tərəfdarı olacaq.Təbii ki, bu da bir təzyiq anlayışı olmasa mümkün olacaq “.
//Safura Bənnayeva, Editor.az