“Ermənistanın sülhlə bağlı çağırışları reallığı əks etdirmir”-ŞƏRHbackend

“Ermənistanın sülhlə bağlı çağırışları reallığı əks etdirmir”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı sülh sazişinin mətni ilə bağlı təklifin fevralda Azərbaycan tərəfinə verildiyini və bugünə qədər cavab alınmadığını vurğulayıb. Baş nazir cavabın hazırlanmasının zaman tələb etməsi səbəbilə bunu normal saydığını deyib.

Məsələni Editor.az-a şərh edən politoloq Tural İsmayılov bildirib ki, Ermənistanın sülhlə bağlı açıqlamaları yalandır və reallığı əks etdirmir:

“Azərbaycan torpaqları işğal altında olduğu zamanda belə regionda sabitliyin, stabilliyin əhəmiyyətini vurğulayıb. Daima Ermənistana işğal etdiyi torpaqlarımızı sülh yolu ilə qaytarmağı təklif edirdik. Lakin Ermənistanda hakimiyyət dəyişikliyinin olması, Azərbaycanın 44 günlük Vətən müharibəsində qələbə qazanması və mövqelərini gücləndirməsinə baxmayaraq rəsmi İrəvanın sülhə yanaşmasında heç bir dəyişiklik yoxdur. Azərbaycan Ermənistana 5 maddəlik sülh planı təklif etmişdi. İrəvan sözdə bu planı qəbul etdiyini də söyləyib. Bundan əlavə Praqa və Soçi görüşlərində də dövlətimizin sülhlə bağlı qəti çağırışları olub. Buna baxmayaraq Ermənistan hər dəfə fərqli açıqlamalar verir”.

Politoloqun sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da Qarabağ məsələsində manipulyasiyalar edir:

“Hazırkı Ermənistan hakimiyyətinin Sarkisyan, Köçəryan cütlüyündən fərqli olaraq sülhə daha meyilli olduğu müşahidə edilsə də orada müstəqil dövlətçilik ənənələri olmadığından müstəqil davranma meyarları da yoxdur. O, xarici güc faktorlarının əlində oyuncağa çevrilib. Azərbaycan dövlət başçısı İrəvana sülhlə bağlı son şans kimi bu ili göstərdi. Bu, onlar üçün tarixi şansdır. Rəsmi İrəvan ölkəmizlə münasibətləri normallaşdırıb regional layihələrdə birmənalı şəkildə iştirak edə bilər. Xilas yolu rəsmi Bakı ilə barışıqdan asılıdır “.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!