Ermənistanın təqdim etdiyi xəritələr saxta ola bilərmi?-Deputat açıqladıbackend

Ermənistanın təqdim etdiyi xəritələr saxta ola bilərmi?-Deputat açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam rayonu ərazisində basdırılmış minaların xəritəsinin Ermənistan tərəfindən Azərbaycana təqdim olunması Prezident İlham Əliyevin dəqiq diplomatiyasının qələbəsidir.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Deputat bildirib ki, Ermənistan indiyə qədər bütün vasitələrlə onlarda minaları özündə əks etdirən xəritələrin olmadığını iddia edirdi: “Ağdam rayonu üzrə minaları özündə əks etdirən xəritələrin təqdim edilməsi ilə onların iddialarına son qoyuldu. Sübut edildi ki, onların iddiaları yalandan başqa bir şey deyilmiş”.

Millət vəkili qeyd edib ki, Ermənistanda seçki qabağı Rusiyapərəst ve Qərbpərəst qüvvələr arasında ciddi mübarizə gedir:” Ermənistanda vəziyyət olduqca gərgindir və belə olduğu halda müxtəlif dezinformasiyalar səsləndirilə bilər. Xəritələrin əvəzində Prezident İlham Əliyevin 15 erməni diversantının düşmən tərəfinə təhvil verməsi Azərbaycan dövlətinin humanist prinsiplərinə sadiqliyini nümayiş etdirir. Biz dövlət olaraq Ermənistana mesaj göndərdik ki, artıq düşmənçilik bitib və birgə sülhə imza atmalıyıq. Bu mesaj Ermənistan dövləti tərəfindən düzgün qiymətləndirilərsə, regionda sülhün tənzimlənməsi prosesi daha tez başa çatacaq”.

Nəsib Məhəmməliyevin sözlərinə görə, xəritələrin saxta olması ilə bağlı iddialar tamamilə əsassızdır:

“Xəritələri yoxlamaq bizim əlimizdədir. Qısa zaman ərzində xəritələr yoxlanılacaq və düzgün olub-olmaması təsdiqlənəcək. Əgər xəritələr saxtadırsa, bu bir daha Ermənistanın nə qədər qeyri-ciddi dövlət olduğunu bütün dünyaya göstərəcək”.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin apardığı dəqiq və doğru siyasətin nəticəsində qısa zamanda digər ərazilərimizin də minalarla bağlı xəritələri Azərbaycana təhvil veriləcək.

Gülnarə Abasova, Editor.az