Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair çoxsaylı faktlar var- Politoloqbackend

Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair çoxsaylı faktlar var- Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Adı işğalçılıq siyasəti və dövlət terror anlayışları ilə assosiasiya olunan Ermənistanın terror təşkilatları ilə işbirliyinə dair çoxsaylı faktlar mövcuddur. Bu ölkə tərəfindən müxtəlif terror aktları məhz sözügedən təşkilatlarla sinxron hərəkət və birgə fəaliyyət nəticəsində törədilib. Ermənistanın təcavüzkar hərbi birləşmələrinin terrorçu qruplaşmalarla çoxsaylı cinayətlər törətməsi beynəlxalq ictimaiyyətə də yaxşı məlumdur”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Nurlan Qələndərli deyib.

Politoloqun sözlərinə görə, ümumiyyətlə, təcavüzkar erməni millətçiləri təşkilatlanmış və planlı şəkildə silsilə terror aktları reallaşdırıblar: “Mərhələ-mərhələ həyata keçirilən terror olayları ASALA da daxil olmaqla, müxtəlif terrorçu qruplar tərəfindən törədilib. 1905-1906-cı il hadisələri, 1918-ci il mart soyqırımı, 1988-ci il olayları, 1992-ci il Xocalı faciəsi və ümumilikdə, həyata keçirilən digər terror aktları nəticəsində milyonlarla insanın həyatına son qoyulub”.

Nurlan Qələndərli əlavə edib ki, bu ölkə uzun müddət işğal altında saxladığı Azərbaycan ərazilərində də beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə zidd olan qeyri-qanuni, illeqal fəaliyyətlə məşğul olub: “Azərbaycan 44 günlük müharibədə qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin etməklə hərbi-siyasi gücünü və bütün təxribatların qarşısını qətiyyətlə almaq iqtidarında olduğunu göstərdi. Dövlətimiz öz milli qüdrəti ilə erməni terrorizmi və faşizminin başını əzdi – belini qırdı. Düşünürəm ki, məğlub Ermənistan bundan sonra da hansısa hərbi-siyasi təxribat və diversiya cəhdi ilə çıxış etsə, qarşısı qətiyyətlə alınacaq, təcavüzkarlara ağır zərbə endiriləcək”.

Gülnarə Abasova, editor.az