Ermənistanın verdiyi saxta bəyanatların arxasında hansı amil dayanır?-Hərbi ekspertdən AÇIQLAMAbackend

Ermənistanın verdiyi saxta bəyanatların arxasında hansı amil dayanır?-Hərbi ekspertdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son vaxtlar Ermənistan rəsmiləri bir-birini təkzib edən açıqlamalar verir. Bunlardan biri də Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavininin verdiyi açıqlamadır. Açıqlamada deyilir ki, Ermənistan ordusunun Azərbaycana qarşı yeni müharibə elan etməsi gözləniləndir”.

Bu fikirləri Editor.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Onun sözlərinə görə, bunlar xaotik açıqlamalardır: “Ardınca isə  Paşinyan oktyabrın 6-da Praqada sülh sazişinin layihəsinin olacağını bəyan edir. Bu dünyada görülməmiş bir haldır ki, müharibə ilə bağlı bəyanat verilir. Ona görə də ermənilərin belə bəyanatını ciddi qəbul etmək lazım deyil.
Növbəti dəfə təxribat olacağı təqdirdə Azərbaycan Ordusu Ermənistanın əlində qalan canlı qüvvəsini və texnikasını da tam şəkildə sıradan çıxardacaq. Bu iki il ərzində Azərbaycan ordusu kifayət qədər ciddi silahlar əldə edib, təlimlər keçirib. Ermənistan ordusu hansı təlimdə iştirak edib? Ona görə də bu açıqlamalardan çəkinmək lazım deyil”.

Hərbi ekspert bildirir ki, ermənilər tərəfindən verilən bəyanatın birində də Hindistandan  240-270 milyon civarı silah aldıqları qeyd edilib: “Bütün bunlara baxmayaraq Azərbaycan ordusu düşmənin nəyə nail olduğunu bilir, lazımı addımını atır. Silahlı qüvvələri də tam hazır vəziyyətdədir. Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. Bundan yayınmaq üçün sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı konkret addımlar atmaq istəmir deyə bu hoqqaları çıxardır. Ermənistan özbaşına deyil. Ona müəyyən göstərişlər verilir. Həmin kənar qüvvələr Amerika, Fransa Rusiyadır. Bu hal birinci dəfə deyil.
Biz sadəcə öz ordumuzla müəyyən işləri görməliyik ki, düşmən növbəti dəfə təxribata əl atsa infrastruktur və şəxsi heyət az zərər görsün. Müharibə və təxribatlarla bağlı Azərbaycan ordusu həmişə düşməni cavablandırıb və bundan sonra da layiqli cavabını verəcək”.

//Safura Bənnayeva, Editor.az