Ermənistanın xaricdə aldığı silahlarla bağlı şok iddiabackend

Ermənistanın xaricdə aldığı silahlarla bağlı şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan daxili bazarda istehsal etmək gücünə malik olduğu hərbi texnikanı xaricdən alır”.

Bunu Ermənistan Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan “Ermənistan xəbərləri”nə  müsahibəsində deyib. O əlavə edib ki, Fransadan alınan radarlar Ermənistanda istehsal oluna bilərdi.

“Bunun üçün  bütün müvafiq  texnoloji  və texniki  imkanlar mövcuddur. Bu istehsal idxaldan baha başa gəlsə belə, yenə də iqtisadi təsir göstərir, o cümlədən 30% birbaşa vergilər şəklində. Odur ki, əgər yerli istehsal xərcləri 30%-dən çox deyilsə, onu Ermənistanda da vacibliyi nəzərə alaraq təşkil etmək daha yaxşıdır. Düşmənlər vəziyyətin gərginləşəcəyi təqdirdə Ermənistana silah idxalını əngəlləməyə çalışacaqlar”, – Kerobyan qeyd edib.

Onun sözlərinə görə, 2020-ci ilin sentyabrında Hindistandan alınan radarların Ermənistana yalnız dekabrda gəldiyini və heç bir köməklik göstərmədiyini yada salıb.  

Aİ-dən Bakı və Yerevana dəstək: “İddia olunan atəşkəs pozulmalarını birgə  araşdırın" - BBC News Azərbaycanca

Kerobyan qeyd edib ki, Ermənistan pilotsuz uçan aparatlar istehsal etmək gücünə malikdir. O, Ermənistan hakimiyyətinin hərbi xidmət müddətini 1,5 ilə qədər qısaltmaq qərarını da tənqid edərək, ölkənin bunu ödəyə bilməyəcəyini izah edib.

Ermənistanın Hərbi-Sənaye Komitəsinin keçmiş rəhbəri qeyd edib ki,  İrəvanın etdikləri xüsusilə Azərbaycan və Türkiyənin ritorikası və Bakının fəal hərbiləşdirilməsi fonunda xalqa və dövlətə qarşı cinayətdir. Onun sözlərinə görə, Ermənistanın hərbi sənaye büdcəsinin xərclərinin hər il yarımçıq yerinə yetirilməsi onu göstərir ki, hakimiyyət bu sektoru inkişaf etdirmək istəmir, sadəcə olaraq bunun əksini nümayiş etdirmək üçün şou təşkil edir. O əlavə edib ki, son beş ildə hərbi sənaye kompleksində xərclərin icra səviyyəsi 30%-i ötməyib.

Kerobyan vurğulayıb ki, 2025-ci ilədək hərbi-sənaye kompleksinin inkişafına 5,7 milyard dram ayrılıb, bunun 4,2 milyard dramı hərbi tədqiqat və inkişafa, daha 1,5 milyard dram isə eksperimental nümunələrin istehsalına ayrılıb. O, izah edib ki, 4,2 milyard dramdan səlahiyyətlilər 1,8 milyard dram, 1,5 milyard dramdan isə 1,4 milyard dramı kəsiblər.

“Son 11 ayda 5,7 milyard dramın icra dərəcəsi 1,3 milyard dram-təxminən 20% təşkil edib. Bununla belə, eksperimental nümunələrin istehsalı üçün bir dənə də olsun müqavilə imzalanmayıb.

Bundan başqa, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin nəzdindəki digər proqram çərçivəsində İT sektoruna dəstək 3,8 milyard dram (10% azalma) azaldılıb. Bütövlükdə, Nazirlik nəzdində proqramların maliyyələşdirilməsi 47 milyard dramdan 24 milyard dram-a endirilib. Yəni büdcənin yarısı kəsilib.

Bu arada hakimiyyət 2025-ci ili “Hərbi Sənaye İli” elan edərək 2023-2025-ci illər arasında 171 milyard dramlıq müqavilələr imzaladıqları ilə öyünürdü. Halbuki, hərbi sənaye kompleksimiz bu həcmdə müqavilələri 6 ay ərzində yerinə yetirə bilərdi. Hakimiyyət bu prosesi 3 ildir ki, süründürür və öyünür, fəaliyyət görüntüsü yaradır. Bu proseslərin nəticələri bizim təhlükəsizliyimizə ziyan vuracaq”, – deyə ekspert yekunlaşdırıb.

Musavat.com