Ermənistanın xarici siyasətində DƏYİŞİKLİKLƏR:”Beynəlxalq münasibətlərdə artıq əldə etdiyi əlaqələr zəifləməyə başlayıb”backend

Ermənistanın xarici siyasətində DƏYİŞİKLİKLƏR: Beynəlxalq münasibətlərdə artıq əldə etdiyi əlaqələr zəifləməyə başlayıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan xarici siyasətini o qədər dəyişib ki, indi xarici əlaqələrində nə baş verdiyini anlamaq çətindir”.

Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

Onun sözlərinə görə, bu gün Ermənistana Qərbin təzyiqləri artıb, beynəlxalq münasibətlərdə artıq əldə etdiyi əlaqələr zəifləməyə başlayıb:

“Lakin hazırda Ermənistan hakimiyyəti nə etdiyini özü də bilmir, indi erməni hakimiyyəti kənardan müəyyən olunmuş göstərişlərə əməl edir. Bu da regiondakı vəziyyəti qəlizləşdirir. Ermənistanın bu zəifliyi Cənubi Qafqazı bir çox xarici maraqların toqquşma meydanına çevrilməsinə səbəb olub. Təəssüf ki, bu hakimiyyətin xarici siyasət konsepsiyası yoxdur. Belə davam edərsə, Ermənistan xaricilərin idarə etdiyi əraziyə çevriləcək. Əgər Ermənistan Azərbaycana qarşı hər hansı bir hərbi əməliyyata cəhd etsə tam əminliklə deyirəm ki, gözlədiyi dəstək onu xilas edə bilməyəcək. Bunu dərk etmək üçün aprel və 44 günlük Vətən müharibəsini xatırlamaq kifayətdir. Təbii ki, həmin zamanda da Ermənistan öz gücünə deyil, havadarlarının köməyinə arxalanırdı. Lakin o gözlədiyi köməkdən məhrum oldu”.

//Gülnarə Abasova, Editor.az