Ermənistanın “yalanları” bu dəfə də İFŞA OLUNDU: “Oyunların baş ruporu Fransa…”backend

Ermənistanın “yalanları” bu dəfə də İFŞA OLUNDU: “Oyunların baş ruporu Fransa…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məlum olduğu kimi, bu gün Brüsseldə Ermənistan, Aİ və ABŞ arasında xeyli müddət əvvəl planlaşdırılan üçtərəfli görüş keçiriləcək. Qeyri-region ölkələrin təşkilatçılığı ilə belə bir görüşün keçirilməsi təbii olaraq region ölkələrinin ciddi narazılığına səbəb olub. Artıq Azərbaycan,Türkiyə və Rusiya kimi nüfuzlu region ölkələri birtərəfli qaydada belə bir görüşün keçirilməsinə öz narazılıqlarını və etirazlarını bildiriblər”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Onun sözlərinə görə, etirazlarda diqqəti çəkən əsas məqam Cənubi Qafqaz bölgəsində sülhün əlçatan və çox yaxın olduğu bir zamanda qeyri-regional ölkələrin prosesə ədalətsiz və qərəzli yanaşmasının sülhə və sabitliyə ciddi maneə yarada, gərginliyi yenidən alovlandıra bilməsidir:

“Amma görünən odur ki, Ermənistanın yeni “ağa” axtarışında qərarı qətidir, hətta Qərbin timsalında bu ağanı tapmış kimi görünür. Cənubi Qafqazın tarixi keçmişi, coğrafi yerləşməsi bu regionda balanslaşdırılmış siyasətinin alternativinin yalnız müharibə ola biləcəyini diktə edir. Ermənistan baş naziri Nikol Paşinyan bu həqiqəti bildiyindən tarixi və siyasi məsuliyyəti öz üzərindən atmaq və başqalarını günahlandırmaq yolunu tutub. Davamlı olaraq Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı yalanlar və dezinformasiyalar da məhz bu səbəbdən yaradılır”.

F.Məhərrəmlinin sözlərinə görə, Azərbaycan rəhbərliyinin dəqiq və hesablanmış siyasəti erməni yalanlarını hər dəfə olduğu kimi, bu dəfə də ifşa etdi:

“Həm ABŞ, həm də Aİ-na açıq şəkildə deyildi ki, erməni yalanlarının baş ruporu Fransa xarici işlər naziri yalan danışır, Azərbaycanın Ermənistana hücum etməklə bağlı heç bir planı və niyyəti yoxdur. Ermənistan baş naziri N.Paşinyanın gah Tavuş vilayətinə, gah da Naxçıvan sərhədinə qoşun yığması, yuxarıda dediyimiz kimi, Fransa ilə birlikdə uydurduqları yalanlara reallıq donu geydirməkdən başqa bir şey deyil. Regionun parametrlərini nəzərə almadan bölgəni yenidən geopolitik münaqişələrin hədəfinə çevirmək cəhdinin ən böyük zərbəsi məhz Ermənistana və erməni xalqına dəyəcək”.

//Gülnarə Abasova, Editor.az