Ermənistanın yeni “ağa və ağalar” axtarışı: “Vaxt uzatmaqla  “nə müharibə, nə sülh” prinsipi əsasında…”-ŞƏRHbackend

Ermənistanın yeni “ağa və ağalar” axtarışı: “Vaxt uzatmaqla  “nə müharibə, nə sülh” prinsipi əsasında…”-ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan 10 noyabr bəyanatından sonra yekun sülh müqaviləsini imzalamaqdan hər vasitə ilə yayınır. Regionda yeni geopolitik şəraitin yaranacağı xəyallarını quran İrəvan həmişə olduğu kimi bu dəfə də yanılır. “Nə müharibə, nə sülh” prinsipi əsasında siyasət yürüdən ölkə iqtidarı bu davranışı ilə əslində Cənubi Qafqazı yeni və daha qanlı eskalasiyalara sürüklədiyinin fərqində deyil”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Fəqani Məhərrəmli deyib.

Politoloq bildirib ki, Ermənistanın yeni “ağa və ağalar” axtarışı ilk növbədə özünün faciəsi ilə nəticələnəcək:

“Ermənistan-Azərbaycan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma  prosesinə daxil olduğu bir vaxtda dərhal bunu pozmaq üçün hərəkətə keçirlər. Bu yaxınlarda İrəvanda guya yerli meriyanın təşəbbüsü ilə Azərbaycan və türk diplomatlarını, dövlət xadimlərini qətlə yetirmiş “nemesis” terror təşkilatına abidə qoyulması, Azərbaycanla sərhəddə son günlər baş verən təxribatlar, N.Paşinyanın sülh müqaviləsini yaxın zamanlarda imzalamayacağını elan etməsi Ermənistanın destruktiv fəaliyyətinin əyani sübutdur. Bütün bu təxribatların may ayının əvvəllərində ABŞ-da xarici işlər nazirlərinin dörd gün davam edən danışıqlardan sonra və yaxın günlərdə Brüsseldə Şarl Mişelin vasitəçiliyində baş tutması gözlənilən İlham Əliyev və Nikol Paşinyan görüşündən öncə baş verməsi düşündürücüdür”.

F. Məhərrəmli  Paşinyanın  Qərb tərəfdarı olması məsələsinin illüziyadan başqa bir şey olmadığını diqqətə çəkib:

“Gerçəklik ondan ibarətdir ki,Ermənistanın siyasi elitası sülh müqaviləsini imzalamağı uzadaraq Rusiyanın Ukraynada hərbi əməliyyatlarının nəticələrini, İranın Cənubi Qafqazda neçə davranacağını və Türkiyədə seçkilərin nəticələrini görmək istəyir. Amma bir vacib məqamı unudurlar: Azərbaycan Prezidentinin dəmir iradəsini,yüksək diplomatik məharətini, Azərbaycan ordusunun döyüş ruhunu və peşəkarlığını, eləcə də ölkəmizin hərbi-siyasi-iqtisadi gücünü… Cənubi Qafqaz Ermənistanın destruktiv davranışları səbəbilə daha böyük və dağıdıcı savaşların məkanına çevrilə bilər ki ,bunun da ən ağır zərbəsi məhz Ermənistana dəyəcək.Hesab edirəm ki, cənab İlham Əliyevin keçdiyimiz günlərdə sülh müqaviləsinin imzalanmayacağı təqdirdə baş verəcəklərlə bağlı Şuşadan verdiyi mesajlar həm region, həm də regiondan kənar dövlətlərin hökumətləri tərəfindən düzgün oxunmalı və doğru nəticələr çıxarılmalıdır”.

//Gülnarə Abasova, Editor.az