Ermənistanın yeni planları: “Rusiya və Avropa bundan narahatdır”-Tural Abbaslı ŞƏRH EDİRbackend

Ermənistanın yeni planları: “Rusiya və Avropa bundan narahatdır”-Tural Abbaslı ŞƏRH EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan KTMT- nin üzvüdür və çox vaxt onun gücündən istifadə edərək Azərbaycanla münasibətləri həll etməyə çalışıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında AĞ Partiya başqanı Tural Abbaslı bildirib.

Onun sözlərinə görə, hətta İkinci Qarabağ müharibəsi ərəfəsində və 10 noyabr üçtərəfli bəyanatı imzalandıqdan sonra da bir neçə dəfə də KTMT-yə müraciət edib:

“Ermənistan Azərbaycanı guya sərhədlərini pozmaqda təqsirləndirərək KTMT-dən dərhal müdaxilə istəyib. Təbii ki, bu təşkilatda söz sahibi olan Rusiya Türkiyə ilə müttəfiqliyinə görə Azərbaycana qarşı kəskin çıxışlar edə bilmədiyi üçün rəsmi İrəvanın çağırışlarını cavabsız qoyub. Ermənistan bu gün tutduğu haqsız mövqeyinin müdafiə olunması üçün həm Rusiya və onun təmsilçiliyində KTMT-dən, həm də Avropa Birliyi və Amerikadan yararlanmaq istəyir. Ona görə də Ermənistan düşünür ki, bir tərəfdən KTMT-nin üzvüdür, digər tərəfdən də Avropanın müşahidə missiyasını ərazisində yerləşdirməklə NATO-nu da buraya gətirmiş olur. Bununla da Azərbaycanla bir daha qarşılaşdıqda ək qalmamağı hədəfləyir ”

Tural Abbaslının sözlərinə görə, Ermənistanın bu ikiüzlü oyunlarından həm Rusiya, həm də Avropa narahatdır:

“Çünki Avropa Ermənistanın KTMT-də olmasının əleyhinədir. Eyni zamanda, rəsmi Moskva da İrəvanın Avropa ilə əməkdaşlığına, onların missiyasının ərazidə yerləşdirilməsindən narazıdır. Rusiya Avropadan gələn missiyanın proseslərə təsir imkanını azaltmaq üçün bu istiqamətdə də varlığını göstərmək istəyir. Bunun üçün isə KTMT missiyasının həmin ərazilərə yerləşdirilməsini tələb edir. Ermənistan isə başa düşür ki, bu hal reallaşarsa, Avropa missiyası sıxışmış olacaq və özünün manevr imkanları azalacaq. Azərbaycan öz tarixi ərazilərini tələb edəndə Ermənistanın çıxış yolu qalmayacaq, məcburiyyətdən ya Rusiyaya, ya da Avropaya sığınmalı olacaq. Təəccüblüsü də odur ki, Azərbaycanla münasibətdə Ermənistanı həm Rusiya həm də Avropa İttifaqı dəstəkləyir. Bunun da üzərində düşünmək lazımdır “.

//Safura Bənnayeva, Editor.az