“Ermənistanla Azərbaycan arasında kommunikasiya xətləri açılsın” – Rusiya səfiribackend

“Ermənistanla Azərbaycan arasında kommunikasiya xətləri açılsın” – Rusiya səfiri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ilə Rusiya arasında avtomobil yolu Gürcüstan üzərindən keçir. Lars şose yolu ilin az qala yarısı bağlı qalır. Çünki ora dağlıq ərazidir və kəskin şaxta, yağan qar avtomobillərin hərəkətini əngələyir. Elə bu səbəbdən də bəzən 500 yük maşını yollarda günlərlə hərəkətsiz dayanmalı olur.

 

Hazırda da bu yolda yenə problem yaranıb. Bu məsələ ilə bağlı Ermənistan mətbuatına açıqlama verən Rusiyanın İrəvandakı səfiri Sergey Kopirkin deyib ki, bu yolda tez-tez tıxaclar yaranır: “Mənim düşüncəmə görə, bu problemin həlli üçtərəfli anlaşmaya uyğun olaraq bölgədə kommunikasiya xətlərinin açılmasından keçir”. Bu barədə Ermənistanın “news.am” saytı xəbər yayıb.

Bu açıqlama xüsusi diqqətə layiqdir. Niyə? Çünki səfir birmənalı şəkildə Rusiya dövlətinin mövqeyindən çıxış edir. Bu isə o deməkdir ki, Rusiya Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasında həqiqətən də maraqlıdır.

Bu bəyanata əsaslanaraq əminliklə deyə bilərik ki, tezliklə Ermənistan ilə Azərbaycan arasında kommunikasiya xətlərinin açılmasının şahidi olacağıq. /Musavat.com