“Ermənistanla danışıqlar yolu ilə razılaşmaq mümkün görünmür”-AÇIQLAMAbackend

“Ermənistanla danışıqlar yolu ilə razılaşmaq mümkün görünmür”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Brüsseldə baş tutacaq görüşün Soçidəkindən heç bir fərqi olmayacaq. Çünki Ermənistanla danışıqlar yolu ilə razılaşmaq mümkün görünmür. Görünür, ermənilərə üzərilərinə götürdükləri öhdəlikləri dərk etmələri üçün yenidən güc tətbiq etməli olacağıq”.

Bu sözləri Editor.az-a açıqlamasında Ağ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli deyib.

Politoloq baş verən proseslərin gedişatına əsasən hesab edir ki, ermənilər könüllü şəkildə, danışıqlar yolu ilə öz öhdəliklərini yerinə yetirməyəcəklər:

” Düşünürəm ki, bu yaxınlarda Qarabağda və ya Zəngəzur ərazisində Azərbaycanla Ermənistan arasında növbəti hərbi toqquşma ola bilər. Brüssel görüşünə gəlincə isə, Avropa belə bir görüşə vasitəçilik etməklə sadəcə “mən də varam” demək istəyir. Ona görə də bu görüşdən də ciddi nəticələr gözlənilmir. Çünki hal-hazırda Cənubi Qafqazda iki böyük dövlət, Türkiyə və Rusiya söz sahibidir. Digər ölkələrin regionda gedən proseslərə müdaxiləsi əhəmiyyətsizdir. Nəzərə alsaq ki, Rusiya- Ukrayna sərhədində gərginlik hökm sürür və hal-hazırda bu ABŞ, Qərb üçün daha vacib məsələdir, nəinki Azərbaycanla Ermənistan arasında baş verənlər…”

//Gülnarə Abasova, Editor.az